FIFA futbolu dəyişdirir: İnqilabi yeniliklər nədən ibarətdir?
FIFA futbolu kökündən dəyişdirəcək beş dəyişiklik barədə müzakirələr aparır.Bu iddia ilə Türkiyənin “NTV Spor” kanalı çıxış edib.
Tarixi dəyişikliklərin aşağıdakılardan ibarət olduğu açıqlanıb:
Hər hissənin müddəti 45 dəqiqədək 30 dəqiqəyədək azaldılacaq;
Matç zamanı “təmiz vaxt” anlayışı tətbiq ediləcək və oyunun dayandığı vaxtlarda onun vaxtı da dayandırılacaq;
Oyunçu dəyişikliyi məhdudiyyətsiz olacaq;
Aut atışları ayaqla icra ediləcək;
Sarı kart alan futbolçu 5 dəqiqə oyundan kənar qalacaq.
Qeyd edək ki, əgər bu dəyişikliklər tətbiq olunarsa, futbol alışdığımızdan daha fərqli bir oyuna çevrilə bilər.
Tarix: 19-07-2021, 08:32