Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu




Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatının son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının nümayəndələri iki medal qazanıblar.

Yeniavaz.com xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda Sahak Ovannisyana (Ermənistan) 7:0 hesabı ilə qalib gəlib və çempion olub.
Nihat Məmmədli (67 kq) bürünc qazanıb, Xasay Həsənli (72 kq) isə üçüncü yer uğrunda döyüşdə uduzub.
Güləşçilərimiz ümumilikdə bir qızıl, dörd gümüş və altı bürünc medal qazanıblar.

Tarix: 22-08-2021, 18:54
Xəbəri paylaş





Xəbər lenti