Cavid Qurbanov pul olmadığına görə voleybolçuları məzuniyyətə göndərdi



Azərbaycan Voleybol Federasiyasında maddi məsələlərlə bağlı çətinliklər hələ də davam edir.
 
Pravda.az-ın xəbərinə görə, yaranan problemlərə görə federasiya idmançıları məzuniyyətə göndərib.
 
Səbəb kimi isə büdcədə pul olmadığı göstərilib.
 
Belə ki, 6 ay öncə voleybolçular məşqlərə çağırılıb və onlara aylıq ödənişlər edilib. 4 ay ödənişlər edildikdən sonra isə yenidən maaşlar kəsilib. Maaşlar kəsildikdən sonra isə idmançılara məzuniyyətə göndərildikləri barədə məlumat verilib.
 
Hazırda məşqlərin nə vaxt bərpa olunacağı barədə də məlumat yoxdur.
 
Qafqazinfo
Tarix: 23-09-2021, 13:57
Xəbəri paylaş





Xəbər lenti