Ukraynalı peşəkar boksçu Aleksandr Usik ağır çəkidə IBF, WBA, WBO, IBO versiyalarında çempionu titulu uğrunda mübarizədə britaniyalı Entoni Coşuanı məğlub edib. Axar.az xəbər verir ki, görüş Londonda "Tottenhem" futbol klubunun stadionunda baş tutub. Qalibiyyət 12 turun nəticələrinə əsasən hakimlərin yekdil qərarı ilə ukraynalıya verilib. 34 yaşlı Usik 19 döyüşdə 19 qələbə (13-ü nokautla) qazanıb. 31 yaşlı Coşuaya 26 görüşdə 24 qələbə (22-si nokautla) və iki məğlubiyyətlə uzləşib.