"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlanıb.Mükafata bu il 30 oyunçu iddialıdır.
Siyahıda yer alan futbolçular bunlardır: Nikola Barella ("İnter"), Karim Benzema (Real Madrid), Leonardo Bonucci (Juventus), Kevin de Bruyne (Manchester City), Giorgio Chiellini (Juventus), Cristiano Ronaldo (Manchester United), Ruben Dias (Manchester City), Canluigi Donnarumma ( PSJ), Bruno Fernandes (Manchester United), Phil Foden (Manchester City), Erling Holland (Borussia D), Jorginho (Chelsea), Harry Kane (Tottenham Hotspur), N'Golo Kante (Chelsea), Simon Kier (Milan), Sezar Azpilicueta (Chelsea), Robert Levandowski (Bayern), Romelu Lukaku (Chelsea), Riyad Marez (Manchester City), Lautaro Martinez (İnter), Kylian Mbappe (PSG), Lionel Messi (PSG), Luca Modric (Real Madrid), Gerard Moreno (Villarreal), Mason Mount (Chelsea), Neymar (PSG), Pedri (Barselona), Mohamed Salah (Liverpool), Rahem Sterling (Manchester City), Luis Suares (Atletiko).
Noyabrın 29-u Fransanın paytaxtı Paris şəhərində keçiriləcək mərasimdə 2021-ci ildə “Qızıl top”a kimin sahib olduğu bəlli olacaq.
İlin ən yaxşı oyunçusuna təqdim olunan “Qızıl top” “France Football” həftəlik dərgisinin baş redaktoru Qabriel Anonun 1956-cı ildən təşkil etdiyi mükafatdır. Futbol yazarlarının fikrinə əsaslanaraq seçilən qaliblər 1995-ci ilə qədər Avropa klublarında oynayan Avropa futbolçularına verilirdi.
1995-ci ildə isə Qərbi Afrika ölkəsi Liberiyadan olan “Milan”ın oyunçusu Corc Vea qalib olub. Bununla da “Qızıl top”u Avropa qitəsində çıxış edən istənilən milliyyətli futbolçular apara bilərlər.
Mükafat təsis olunan gündən bu tarixə qədər dəfələrlə “Qızıl top”a sahib çıxan futbolçular var.
Cebhe.info bu mükafata layiq görülən futbolçular təqdim edir:
*Fransa millisinin heyətində 41 qola imza atan Mişel Platini 3 dəfə (1983, 1984, 1985) mükafata layiq görülüb. 1988-1992-ci illərdə Fransa millisinin baş məşqçisi olan Platini 2007-ci ildə UEFA prezidenti seçilib.*Niderladlı Yohan Kreyf də 3 dəfə “Ən yaxşı futbolçu” seçilib. 1971, 1973 və 1974-cü illərdə qalib olan əfsanəvi futbolçu 9 dəfə Niderlandiya çempionluğu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA super kubokunu qazanıb. Ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkən Yohan Kreyf 2016-cı ildə 68 yaşında vəfat edib.*Daha bir niderladlı futbolçu Marko van Basten “Qızıl top”u 3 dəfə aparanlardandır. “Milan”ın keçmiş oyunçusu ilk dəfə 1983-cü ildə Niderland Milli yığmasında oynayıb. Onun "AÇ-88” finalında SSRİ millisinə vurduğu qol turnir tarixinin ən gözəl qollarından biri sayılır.Son illərdə isə bu mükafat daha çox iki oyunçu arasında keçirilir. Belə ki, Kriştian Ronaldu və Lionel Messi rekord sayda mükafata layiq görülüblər.
*Kriştian Ronaldu 2008-ci ildə ilk dəfə “Ən yaxşı futbolçu” seçilib. Bundan sonra o, ardıcıl olaraq 2013, 2014 və 2016-2017-ci illərdə qalib olub. “Mançester Yunayted”in ilk portuqaliyalı oyunçusu olan Ronaldu 2 dəfə “Qızıl butsi” mükafatına da layiq görülüb. Qızıl ayaqqabısını satan futbolçu həmin pulu fələstinli uşaqlara bağışlayıb.*Lionel Messi hələlik liderdir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda-6 dəfə bu mükafata layiq görülüb. Argentinalı futbolçu ardıcıl olaraq 4 il (2009-2012) və 2015, 2019-cu illərdə qalib olub. Bundan başqa, o, 6 dəfə “Qızıl butsi” mükafatını da alan futbolçudur.*“Qızıl top” mükafatını alan yeganə qapıçı isə Lev İvanoviç Yaşindir. 1963-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilən Yaşin “Dinamo” klubunun oyunçusu olub. Yaşin 1984-cü ildə cərrahi əməliyyat nəticəsində bir ayağını itirib və 1960-cı il 61 yaşında vəfat edib.1956 - Stenli Metyuz (İngiltərə, “Blekpul”)
1957 - Alfredo di Stefano (İspaniya, “Real” Madrid)
1958 - Raymon Kopa (Fransa, “Real” Madrid)
1959 - Alfredo di Stefano (İspaniya, “Real” Madrid)
1960 - Luis Suares (İspaniya, “Barselona”)
1961 - Omari Sivori (İtaliya, “Yuventus”)
1962 – Yozef Masopust (Çexoslavakiya, “Dukla”)
1963 – Lev Yaşin (SSRİ, “Dinamo” Moskva)
1964 – Denis Lou (Şotlandiya, “Mançester Yunayted”)
1965 – Eysebio (Portuqaliya, “Benfika”)
1966 – Bobbi Çarlton (İngiltərə, “Mançester Yunayted”)
1967 – Florian Albert (Macarıstan, “Ferentsvaroş”)
1968 – Corc Best (İngiltərə, “Mançester Yunayted”)
1969 – Cani Rivera (İtaliya,”Milan”)
1970 – Qerd Müller (AFR, “Bavariya”)
1971 – Yohan Kroyf (Niderland, “Ayaks”)
1972 – Frans Bekkenbauer (AFR, “Bavariya”)
1973 – Yohan Kroyf (Niderland, “Barselona”)
1974 – Yohan Kroyf (Niderland, “Barselona”)
1975 – Oleq Bloxin (SSRİ, “Dinamo”, Kiyev)
1976 – Frans Bekkenbauer (AFR, “Bavariya”)
1977 – Alan Simonsen (Danimarka, “Borrusiya” Menhenqladbax)
1978 – Kevin Kiqan (İngiltərə, “Hamburq”)
1979 – Kevin Kiqan (İngiltərə, “Hamburq”)
1980 – Karl-Hayns Rummeniqe (AFR, “Bavariya”)
1981 - Karl-Hayns Rummeniqe (AFR, “Bavariya”)
1982 – Paolo Rossi (İtaliya, “Yuventus”)
1983 – Mişel Platini (Fransa, “Yuventus”)
1984 - Mişel Platini (Fransa, “Yuventus”)
1985 - Mişel Platini (Fransa, “Yuventus”)
1986 – İqor Belanov (SSRİ, “Dinamo”, Kiyev)
1987 – Ruud Qullit (Niderland, “Milan”)
1988 – Marko van Basten (Niderland, “Milan”)
1989 - Marko van Basten (Niderland, “Milan”)
1990 – Lotar Matteus (AFR, “İnter”)
1991 – Jan-Pyer Papen (Fransa, “Marsel”)
1992 - Marko van Basten (Niderland, “Milan”)
1993 – Roberto Badco (İtaliya, “Yuventus”)
1994 - Xristo Stoiçkov (Bolqarıstan, “Barselona”)
1995 – Corc Vea (Liberiya, “Milan”)
1996 – Mattias Zammer (Almaniya, “Borrsiya”, Dortmund)
1997 – Ronaldo (Braziliya, “İnter”)
1998 – Zinəddin Zidan (Fransa, “Yuventus”)
1999 – Rivaldo (Braziliya, “Barselona”)
2000 – Luiş Fiqu (Portuqaliya, “Real”)
2001 – Maykl Ouen (İngiltərə, “Liverpul”)
2002 – Ronaldo (Braziliya, “Real”)
2003 –Pavel Nedved (Çexiya, “Yuventus”)
2004 – Andrey Şevçenko (Ukrayna, “Mialn”)
2005 – Ronaldinyo (Braziliya, “Barselona”)
2006 – Fabio Kannavaro (İtaliya, “Real”)
2007 – Kaka (Braziliya, “Milan”)
2008 – Kriştianu Ronaldu (Portuqaliya, “Mançester Yunayted”)
2009 – Lionel Messi (Argentina, “Barselona”)
2010 - Lionel Messi (Argentina, “Barselona”)
2011 - Lionel Messi (Argentina, “Barselona”)
2012 - Lionel Messi (Argentina, “Barselona”)
2013 - Kriştianu Ronaldu (Portuqaliya, “Real”)
2014 - Kriştianu Ronaldu (Portuqaliya, “Real”)
2015 – Lionel Messi (Argentina, “Barselona”)
2016 – Kriştianu Ronaldu (Portuqaliya, “Real”)
2017 - Kriştianu Ronaldu (Portuqaliya, “Real”)
2018 – Luka Modriç (Xorvatiya, “Real”)
2019 – Lionel Messi (Argentina, “Barselona”).Xatırladaq ki, 2020-ci ildə mükafat pandemiya səbəbindən heç kimə təqdim edilməyib.
Tarix: 9-10-2021, 15:36