“Onu milliləşdirmək üçün bacım oğlu ilə nikaha apardım” - Şok açıqlama
"CBC Sport"da yayımlanan "Əlavə vaxt" verilişində maraqlı anlar yaşanıb.
Siam.az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişə qonaq qismində qatılan Beynəlxalq dərəcəli hakim Hicran Şərifov əslən Bolqarıstandan olan qadın güləşçi Elis Manolavanı necə milliləşdirilməsindən danışıb:
"Rumıniyada Elisin ailəsi ilə tanış oldum və onu Azərbaycana gətirdim. Sənədlərini də asan yolla düzəldirdim. Onu bacım oğlu ilə nikaha aparırdım. O, bura ərə gəlir, vəssalam, rahat yolla Azərbaycandan güləşəcəkdi. Bizim gəlnimiz olacaqdı. Mən onun şəxsi məşqçisi olmalıydım, mənim əlimdən alıb öz adlarına yazdılar".
Qeyd edək ki, Elis Manolova 2019-cu ildə Azərbaycan bayrağı altında Avropa çempionu olub. Bundan başqa o, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Tarix: 30-09-2023, 09:43