FIFA yenilənmiş Klublararası Dünya Çempionatında mütləq mübarizə aparacaq klubların adını açıqlayıb
2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında ümumilikdə 32 klub iştirak edəcək.Belə ki, FIFA-nın Mətbuat Xidməti turnirdə iştirak edəcək komandaların siyahısını açıqlayıb.
Avropadan çempionlar yolu ilə seçilən dörd klub (UEFA Çempionlar Liqasında qələbə) turnirdə iştirak edəcək - “Çelsi” (İngiltərə), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), həmçinin cari turnirin qalibi.
Reytinqə görə turnirə daha səkkiz komanda daxil olacaq. Artıq beş klubun adı bəllidir – “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Portu” və “Benfika” (hər ikisi Portuqaliya).
Həmçinin turnirdə mütləq iştirak edəcəklər: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika) , “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), həmçinin “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya).
Yenilənmiş formatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq və dörd ildən bir keçiriləcək. Yarış 2022 FIFA Dünya Kuboku və 2023 FIFA Qadınlar arasında Dünya Kuboku ilə eyni formatda olacaq, yalnız əvvəlkindən fərqli olaraq üçüncü yer uğrunda matç keçirilməyəcək.
Mənbə: championat.com
Tarix: 18-12-2023, 21:49