Paris-2024: Sənan Süleymanovdan erməni güləşçi üzərində əzmkar qələbə


Azərbaycanın Yunan-Roma güləş millisinin üzvü  Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. 
 
Futbolxeber.az saytının məlumatına görə, o, 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla qarşılaşlb. Güləşçimiz görüşün gedişində zədə almasına baxmayaraq, mübarizəni davam etdirib və Mnatsakanyana 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
 
Süleymanovun 1/4 finaldakı rəqibi macarıstanlı Zoltan Levai olacaq.

Tarix: 6-08-2024, 14:57
Xəbəri paylaş





Xəbər lenti