“Azercell” şirkətindən inanılmaz fırıldaq: Telefonunuzu servisə göstərin


Ölkəmizdə ən böyük mobil operatorlardan biri olan “Azercell” şirkətindən şikayətlərin sayı getdikcə artır.

Son illər kefiyyətsiz xidmət və istifadəçilərin balansından qanunsuz pul silinmələri  nəticəsində minlərlə istifadəçi bu çirkətin xidmətindən imtina edir.

Sfera.az saytı ilə əlaqə saxlayan Bakı şəhər sakini Təranə Muradova   da “Azercell” şirkətindən şikayətçidir.

Onun sözlərinə görə şirkət internet balansını oğurlayır. Belə ki, hər ay 5 geqabaytlıq  internet paketi alan abunəçi azı 20 gün istifadə etdiyini deyir. Lakin sonuncu aldığı internet paketi cəmi bir gün ərzində qurtarıb. Təranə Muradova  dünən yanvarın 9-da səhər 10.15 radələrində internet paketi bitdiyi üçün yenidən həmin məbləğdə interneti aktivləşdirib. 16.45-də isə mesaj gəlib ki, aldığınız internet paket bitib.

Təranə Muradova deyir ki, həmin vaxtı işdə olub və iş zamanı da internetdən istifadə etməyib. Bundan sora “Azercell” müştəri xidmətinə bir neçə dəfə zəng edib problemi aydınlaşdırmaq istəyib. Lakin hər dəfə də ona bildiriblər ki, prboblem “Azercell”dən qaynaqlanmır. Telefonunuzu servisə göstərin. Muradova da onlara cavab verib ki, interneti ustadan almamışam, sizdən almışam. Şikayətçinin dediyinə görə, həmin müddətdə hər hansısa yenilənmə də olmayıb. Ümumiyyətlə 5 GB interneti sərf etmək üçün hansısa video kanal, oyun proqramlarından istifadə olunmayıb.

Şikayətçinin iradlarına cavab almaq üçün “Azercell” şirkətinin müştəri xidməti ilə əlaqə saxladıq. Lakin şirkətdən şikayətçinin iradlarına cavab ala bilmədik.
Tarix: 22-01-2019, 08:47
Xəbəri paylaş





Xəbər lenti