8 ÖLKƏ RAZILAŞDI! - DOLLARA ƏSL ZƏRBƏ İNDİ GƏLİR

 D-8-in (D8 22 oktyabr 1996-cı ildə İstanbulda Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü və Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulmuşdur) baş katibi, səfir Dato Ku Cəfər Ku Şaari, prezident Ərdoğanın təşkilatın üzvü olan ölkələr arasında yerli valyutadan istifadə edilməsi təşəbbüsündən sonra D8P Card (payment kart) yaradıldığını söyləyib.
D-8-in baş katibi deyib: “Bu kart ilə bütün üzv ölkələr öz aralarında apardıqları ticarət və hər cür alış-verişdə yerli pul vahidləri ilə ödəniş edə bilmək imkanı əldə edəcəklər”.
Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir Nigeriyadan ibarət səkkiz ölkə (D-8) arasında ticarət “D8P Card” vasitəsi ilə aparılacaq.
Dato Ku cəfər Ku Şaari deyib: “Seçilmiş hava limanı layihəsində Sabiha Gökçen adına hava limanının seçilməsi ilə bağlı xoşməramlı məktub imzaladıq. Bu hava limanı vasitəsi ilə D-8 üzvü olan ölkələrin üzvü olan ölkələrin vətəndaşları üçün fast track (sürətli keçid) xidməti təmin ediləcək”.
Hurriyyet.org
Tarix: 22-01-2019, 09:12
Xəbəri paylaş





Xəbər lenti