“Problemli kreditlərin həlli dövlətin sosial yönümlü siyasətinə inamı daha da artıracaq!"


Vahid Əhmədov: “Bu addım insanlara həm maddi, həm də psixoloji baxımdan rahatlıq gətirəcək”




Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı bu gün keçirilən müşavirədə problemli kreditlərin həlli ilə bağlı əhlidə ruh yüksəkliyinə səbəb olan fikirlər səsləndirib. Belə ki, ölkə başçısı problemin diqqət mərkəzində olduğunu, hökumətin bu məsələnin həlli istiqamətində iş apardığını və bu işin yekunlaşmaqda olduğunu söyləyib. Prezident İlham Əliyev yaxın gələcəkdə problemin həlli istiqamətində konkret addımlaırn atılacağını vurğulayıb.

Ölkə başçısının bu bəyanatı, habelə problemli kreditlərin həllinin əhəmiyyəti ilə bağlı fikirlərini öyrənmək üçün millət vəkili Vahid Əhmədova müraciət etdik:

 

“Problemli kreditlərlə bağlı məsələ həm insanları, həm də bankları çətin vəziyyətdə qoymuşdu”

 

-Vahid müəllim, ölkə başçısının poblemli kreditlərin həlli ilə bağlı səsləndirdiyi məlum bəyanatı necə dəyərləndirirsiniz? Sizcə sözügedən problemin həlli cəmiyyətimiz üçün nə dərəcədə vacibdir?

 

-Öncə qeyd edim ki,cənab prezidentin problemli kreditlərin həllini diqqətdə saxlaması, problemin həlli ilə bağlı yaxın gələcəkdə konkret addımların atılacağı ilə bağlı səsləndirdiyi bəyanat olduqca mühüm və təqdirəlayiqdir. Bildiyiniz kimi, probemli kreditlər məsələsi cəmiyyətimizin bir çox fərdini uzun müddət idi ki, ciddi şəkildə narahat edirdi. Bu problemin mövcudluğu bank sektorunu da çətin vəziyyətdə qoymuşdur. Odur ki, məlum problemin həlli olduqca vacibdir və bu, götürdüyü krediti ödəməkdə çətinlik çəkən minlərlə insana kömək etmək, onların maddi durumunu yaxşılaşdırmaq baxımından da çox önəmli addımdır.

Bu baxımdan cənab prezidentin səsləndirdiyi fikirləri yüksək qiymətləndirir və təqdir edirəm.

 

“Prezidentin bu məsələdə öz mövqeyini ortaya qoyması sevindiricidir”

 

-Vahid müəllim, problemin həlli ilə bağlı müxtəlif təkliflər mövcuddur və hökumətin hansı təklifə üstünlük verdiyi yəqin ki, yaxın gələcəkdə bəlli olacaq. Sizcə problemli kreditlərin həlli ilə bağlı hansı təkliflərə üstünlük verilə bilər?

 

-Məsələ ondadır ki, problemli kreditlərin həlli ilə bağlı həqiqətən də çoxlu təkliflər verilib. Bunarın içərisində bizim tərəfimizdən səsləndirilən təkliflər də mövcuddur. Lakin indidən konkret olarq hansı təkliflərə üstünlük veriləcəyi, problemin həllinin hansı formada həyata keçiriləcəyini söyləmək olmaz. Çünki bu, olduqca ciddi bir məsələdir.

Problemin həlli ilə bağlı müxtəlif addımlar atıla bilər. Məsələn, ola bilsin ki, aztəminatlı ailələrin borcları bağışlansın. Ola bilsin ki, problemin həlli istiqamətində digər gedişlər olsun. Hal-hazırda bu məsələyə baxılır. Müəyyən bir qrup bu problemin üstündə işləyir. Buna görə də mən bunu çox müsbət qiymətləndirirəm. Yəqin ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq.

Sevindiricidir ki,  prezident öz mövqeyini ortata qoydu. Yəqin ki, biz yaxın gələcəkdə bununla bağlı hansısa fərman və sərəncamların şahidi olacayq.

 

“Ölkə başçısı hər zaman insanları narahat edən məsələlərə həssaslıqla yanaşıb”

 

-Prezidentin problemli kreditlərlə bağlı bəyanatı ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısının daha bir təzahürü hesab edilə bilərmi?

 

-Təbii. Bu bəyanat bir daha göstərdi ki, insanlarımızın mövqeyi, onların problemərinin həlli hər zaman olduğu kimi bu gün də cənab prezidentin əsas diqqət mərkəzindədir. Ölkə başçısı hər zaman insanları narahat edən məsələlərə həssaslıqla yanaşıb və onların həlli istiqamətində mühüm addımlar atıb. Problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının məlum bəyanatı da buna nümunədir.

 

-Problemin həlli bəzilərinin düşündüyü kimi asan məsələ deyil”

 

-Necə hesab edirsiniz, problemli kreditlərlə bağlı məsələnin bu günə qədər həll edilməməsi nə ilə bağlı idi?

 

-Problemli kreditlərin həlli ilə bağlı hansısa addımın atılması heç də bəzilərinin düşündüyü kimi asan məsələ deyil. Bu, olduqca böyük maliyyə tələb edən bir məsələdir. Buna görə də bunun həlli istiqamətində hansısa addımların atılması heç də asan deyil. Şübhəsiz ki, ən böyük çətinlik də maliyyə ilə bağlıdır. Çünki qeyd etdiyim kimi, bu, çox böyük maliyyə vəsaiti tələb edir. Müsbət haldır ki, bütün bu çətinliklərə baxmayaraq, problemin həlli istiqamətində iş gedir və yaxın gələcəkdə biz görülən işlərə şahid olacayıq.

 

“Bunun vətəndaşlarımıza həm maddi, həm də psixoloji baxımdan böyük faydası olacaq”

 

-Sizcə problemli kreditlərin həlli istiqamətində atılan addımlar insanların maddi çətinliklərini aradan qaldırmaqla yanaşı, cəmiyyətin psixoloji baxımdan da rahatlaşmasına, daxili gərginlikdən xilas olmasına yol açacaqmı?

 

- Tamamilə doğrudur. Bu,  ilk növbədə insanların maddi problemlərinin həlli istiqamətində atılan çox müsbət bir addımdır. Bundan başqa, bu, cəmiyyətə, insanlarımıza psixoloji baxımdan da bir rahatlıq gətirəcək, onların dövlətə, onun sosial yönümlü siyasətinə inamı daha da artıracaq. Yəni bu addımın vətəndaşlarımıza həm maddi, həm də psixoloji baxımdan böyük faydası olacaq.

 

“Bank sisteminin sağlamlaşdırılması vacibdir”

 

-Sizcə bank sisteminin sağlamlaşdırılması istiqamətində də mühüm addımların atılmasına ehtiyac varmı?

 

-Şübhəsiz ki, bank sisteminin sağlamlaşdırılması günün vacib məsələlərindən biridir. Təbii ki, bank sisteminin sağlaşlaşdırılması, banklarla bağlı problemlərin həlli də nəzərdə tutulmalıdır. Bizim təklifimiz də bundan ibarətdir. Çünki istəyirik ki, gələcəkdə bank sistemində olan kapitallaşma problemi və s. öz həllini tapsın. Çünki banklar da bu iki devalvasiyadan çox əziyyət çəkiblər, çox ziyana düşüblər. Bank sistemindəki problemlərin həlli də sistemli şəkildə, müəyyən tədbirlər planı şəklində həyata keçirilməlidir. Yəqin ki, cənab prezidentin tapşırığından sonra bu məsələyə elə belə də yanaşılacaq.

 Moderator.az 

Tarix: 26-02-2019, 07:04
Xəbəri paylaş





Xəbər lenti