Okeanın o tayından gələcək böhran:Dünyanın birinci böyük iqtisadiyyatı çökür: ZAMAN VERİLDİ


Okeanın o tayından gələcək böhran:Dünyanın birinci böyük iqtisadiyyatı çökür: ZAMAN VERİLDİ

Dünyanın ən böyük iki iqtisadiyyatından biri olan ABŞ 2021-ci ilin sonuna qədər resessiyaya (recessus latın dilində geriləmə deməkdir-müəllif) girəcək.

Cebhe.info xəbər verir ki, iqtisadçıların dörddə üçü bu fikirdədir. Bloomberg iqtisadçıların rəyini əsas götürərək bildirir ki, Milli Biznes Asossiasiyasının hesabatında belə vurğulanır.

Sorğuda 300 mütəxəssis iştirak edib. Onlardan 30 faizi hesab edir ki, proses artıq bu il başlayacaq. 42 faizin fikrincə, bu, gələn il baş verəcək. 2021-ci ili göstərənlərin sayı isə 25 faiz olub.

Ekpertlərin qiymətləndirməsinə görə, 2018-ci ilin son aylarında ÜDM tempi 3,4 faiz azalıb.

İqtisadiyyatın əsas problemi kimi ABŞ prezidenti Donald Trampın apardığı siyasət göstərilir. 36 faiz hesab edir ki, "ticarət müharibəsi" nəticəsində Çin məhsullarına rüsumlar tətbiq edilərsə, ÜDM 2019-cu ildə 25 baza dərəcəsi azalacaq. Bu isə iqtisadiyyatın hədsiz geriləməsi deməkdir.

Xatırladaq ki, ötən il bu proqnozla JPMorgan çıxış etmişdi. 

Məlumat üçün bildirək ki, iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) resessiya termini iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir. İstehsalın düşməsi Ümummilli Məhsulun (ÜMM) və ya Ümumdaxili Məhsulun (ÜDM) sıfır dərəcəli artımı (staqnasiya) və ya onun yarım ildən artıq müddətdə aşağı enməsi ilə xarakterizə olunur .

Resessiya iqtisadi tsiklin (konyektura) fazalarından biri olub, iqtisadi bumdan (partlayışdan) sonra gəlir və öz yerini iqtisadi depressiyaya verir.

Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi proseslərlə müşayiət olunur.

Əksər hallarda resessiya birja indekslərinin kütləvi şəkildə aşağı düşməsinə səbəb olur. Bir qayda olaraq, bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından asılı olur. Buna görə də bu və ya digər ölkədə iqtisadi eniş digərlərində də iqtisadi geriləməyə, hətta dünya birjalarının çökməsinə belə səbəb ola bilir. Buna misal kimi “qara cümə”ni göstərmək olar.


Tarix: 26-02-2019, 08:12
Xəbəri paylaş





Xəbər lenti