Bank rəhbərləri təcili görüşə çağrıldı – Problemli kreditlərlə bağlı


bitmap-img6




Bu gün saat 17:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.

Siam.az  “Marja”ya istinadən xəbər verir ki, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı ehtimal edilir.
Tarix: 27-02-2019, 16:02
Xəbəri paylaş





Xəbər lenti