Çöküşü qəbul etmək ya da... - NEFT ÖLKƏLƏRİ YENİ PARADOKSLA ÜZ-ÜZƏ

 Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, ABŞ Prezidenti Donald Tramp ilə neft qiymətlərində kəskin azalma arasında qalıb.
Neftin daha da ucuzlaşması riskini gözə almaq, ya da ABŞ Prezidenti Donald Trampın qəzəbinə məhəl qoymamaq - OPEC bu iki variantdan birini seçmək vəziyyətindədir.

Milli.Az marja.az-a istinadən bildirir ki, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar Trampın "Twitter" üzərindən etdiyi yüksək qiymət xəbərdarlığının ardından yeni bir paradoksla üz-üzədir: Neft ixrac edən iqtisadiyyatlara mənfi təsir edəcək bir çöküşü qəbul etmək, ya da Trampa meydan oxumaq.
OPEC, ABŞ-ın rekord səviyyədə nefti istehsalından qaynaqlanan təklif artıqlığını azaltmaq üçün ötən ay yeni hasilatı azaltmağa başlayıb.
Xam neft qiymətlərinin bu il 20%-dən artıq yüksəlməsi iki böyük OPEC istehsalçısı İran və Venesuela üzərində diplomatik təzyiq tətbiq edən Tramp üçün maneə yaradır.
Analitiklər bildirirlər ki, yaxın tarix Səudiyyə Ərəbistanı və OPEC-in Prezident Trampın təzyiqinə məhəl qoymadığını göstərdi. Neft qiymətləri Vaşinqtonda siyasi olaraq həssas səviyyələrə qalxdıqca OPEC+ üzvləri hasilatı azaltmağı düşünəcəklər.
Qeyd edək ki, Azərbaycan da OPEC ilə birgə hərəkət edir və hasilatını azaldır.
Çin-ABŞ görüşlərindəki nikbinliyin də təsirilə gün ərzində 67,60 dollara qədər qalxan Brent neftin barrel qiyməti Trampın açıqlamasından sonrası 4%-ə yaxın düşərək 64,68 dollar səviyyəsinə enib.
Siam.az
Tarix: 9-03-2019, 23:55
Xəbəri paylaş





Xəbər lenti