“Qaz və elektrikin qiyməti məsələsində əhalinin maraqları nəzərə alınmalıdır”


Pənah Hüseyn: “Onların qiymətinə yenidən baxmağa ehtiyac var”




Məlum olduğu kimi, millət vəkili Fazil Mustafa bu günlərdə maraqlı təkliflə çıxış edib. Millət vəkili təklifində qaz və elektrik istehlakı ilə bağlı tətbiq edilən limitin aradan qaldırılmasının zəruriliyinə diqqət çəkib. F.Mustafa hesab edir ki, belə bir addımın atılması insanların yaşam şərtlərinin yaxşılaşdırılması baxımından vacibdir.

Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn qaz və elektrikin qiymətinə yenidən baxılmasını məqsədəuyğun hesab etdiyini qeyd etdi:

“Hesab edirəm ki, əhalinin, aztəminatlı ailələrin maraqları bu məsələdə nəzərə alınmalıdır. Çünki qaz və elektrikin qiymətinin yuxarı olması, onlardan istifadə ilə bağlı limitin tətbiqi əhalinin maraqlarına cavab vermir. Ona görə həm əhalinin, həm də çörəkbişirmə və s. kimi müəyyən sahələrə bəzi güzəştlərin tətbiqinə ehtiyac var.

Doğrudur, etiraf edək ki, limit amili insanları müəyyən qədər qənaətə sövq edirdi. Lakin düşünürəm ki, mövcud vəziyyətdə bu məsələlərə yenidən baxmağa ehtiyac var”.

 


Tarix: 10-03-2019, 08:52
Xəbəri paylaş





Xəbər lenti