“Maaş, təqaüd, sosial yardım artımı, kredit borcları ilə..." - Ekspertdən son proseslərə maraqlı şərh

 

"Maaş, təqaüd, sosial yardım artımı, kredit borcları ilə məsələnin yarımçıq həlli islahat deyil, ola da bilməz. Bu rutin işdir, hökumətin özünün verdiyi 2 kəskin devalvasiya qərarının vətəndaşlara vurduğu ziyanın qismən geri qaytarılmasıdır. İslahat sözünü və qavramını 5-10 manat maaş artımına endirib ucuzlaşdırmayaq”. 
Mia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O, bildirib ki, bu gün Azərbaycanda nələrsə dəyişir:"Amma bu islahatdırmı? "Təbii ki, yox, çünki idarəetmənin forması dəyişməyib - sərt vertikala söykənən Prezident Respublikasıdır. Baş verənlər imitasiyadırmı? Yox, imitasiya da deyil, çünki idarəetmənin üsulu dəyişir, oliqraxlara söykənən loyallıq sistemindən texnokrat CEO-ları önə çəkən üsula keçid baş varir.
Amma bu keçidin ən zəif nöqtəsi loyallığı puldan, maddi maraqlardan mənəvi-siyasi platformaya keçirən işlək hekayənin olmamağıdır. Yəni, yeni üsulun ideoloji və siyasi əsası, daha doğrusu inandırıcı əsaslandırılması, hekayəsi yoxdur. Yeni üsul ikinci hakim partiyanın yaranması, mədəni-siyasi-ideoloji hekayənin qurulması ilə paralel baş vermirsə, siyasi rəqabət platformalarının yaranması ilə müşahidə edilməsə, mütləq iflasa məhkum olacaq”.
Tarix: 10-03-2019, 22:10
Xəbəri paylaş





Xəbər lenti