Sosial siyasətinin hədəfi: Neftdən asılılığa son?


Sosial siyasətinin hədəfi: Neftdən asılılığa son?

Bu ilin yanvar-fevral ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1711,2 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% az vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 69,6%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0%, o cümlədən, qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 15,5% artıb. Ümumi sərmayənin 60,3%-i məhsul istehsalı obyektlərinin, 30,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,2%-i isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3%, əhalinin şəxsi vəsaitləri 6,0%, bank kreditləri 4,6%, büdcə vəsaitləri 22,0%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.

Məlum olduğu kimi, iqtisadi və sosial sahələrin inkişafına az vəsaitin yönəlməsi  qeyri-neft sektoruna ayrılmış investitsiyaları azalması ilə izah edilir.

Bəs, bu sahəyə investitsiyaların azalması nə ilə bağlıdır?

İqtisadçı-alim Fuad İbrahimov «Cümhuriyət» qəzetinə açıqlamasında bildirib ki, iqtisadi və sosial sahələrin inkişafı üçün az vəsaitin yönəlməsi dövlət siyasəti ilə bağlıdır: 

«Belə məlum olur ki, büdcədə bu sahələrə azalma nəzərdə tutulub. 2019-cu ildə qeyd olunan sahələrə az vəsait yönəlib. Bu ilki büdcəmiz daha çox sosialyönümlüdür.Sosial müavinətlərin, pensiyaların, əmək haqlarının artırılması, ümumiyyətlə, bu ilki büdcəmizin daha çox sosialyönümlü olmasına dəlalət edir.Ümumiyyətlə, 2015-ci ildən sonra bir çox sahələr var ki, onlar üçün büdcədən ayrılan vəsaitin həcmi mütəmadi olaraq azaldılır, digər sosial yönümlü sahələrə isə artırılır.Bu dövlət siyasətidir».

İqtisadçı deyir ki, 2015-ci ildən, baş verən devalvasiyalardan sonra Azərbaycan neft amilindən asılılığın zəiflədilməsi istiqamətində dövlət siyasəti həyata keçirməyə başlayıb: 

«Bununla da qeri-neft sektorunun inkişafına doğru sərəncamlar, dövlət proqramlarları üzrə işlər başlanıldı. Növbəti illər üçün, mütəmadi olaraq bu dinamikanın davam edəcəyini müşahidə edəcəyik».


Cebhe.info

Tarix: 21-03-2019, 16:26
Xəbəri paylaş





Xəbər lenti