“Sahibkarlıq subyekti sıradan çıxır”Tanınmış iqtisadçı-ekspert Elçin Qurbanov bu ilin yanvarında vergi qanunvericiliyə edilmiş kütləvi dəyişikliklərə və sahibkarlara yaranan problemlərə münasibət bildirib.

Cahan.info xəbər verir ki,
video çıxışında E.Qurbanov son dəyişikliklərin sahibkarlıq subyektinin sıradan çıxmasına şərait yaratdığını qeyd edib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklərdəki bir çox bəndlərdə sahibkarların ƏDV ilə bağlı bir çox çətinlikləri nəzərə alınmayıb.

E.Qurbanov bildirib ki, 2019-cu ilin yanvarından vergi qanunvericiliyinə edilən kütləvi dəyişikliklərdən sonra onların icrası və tətbiqi ciddi problemlər yaradıb: “Bu da vergi ödəyiciləri və vergi orqanlarının fəaliyyətində hiss olunur.

Köhnə məcəllədə ticarət fəaliyyəti göstərənlərdən 6 faiz, ictimai iaşə ilə məşğul olanlardan 8 faizlə sadələmiş vergi alınırdı. Lakin yanvardan sonra 6 faiz vergi ödəyicilərində uçot siyasəti ilə bağlı ciddi problemlər meydana gəlib.

Əgər ƏDV qeydiyyata aldıqdan sonra sahibkarın malını əvəzləşdirmə hüququ yoxdursa, dövriyyədə tətbiq olunan əlavə 18 faiz nəzərdə tutulur.

Bu da sahibkarın rəqabət davamlılığını risqə atır, sahibkarlıq subyektini sıradan çıxarmağa şərait yaradır. Bu problemlər nəzərə alınmalıdır.

Eyni zamanda sahibkarın 100 minlik malında 15 250 manatdan artıq ƏDV olubsa, yenidən 10 min ödəməli olur. Sahibkara hesabatın düzgün hazırlanması üçün şərait yaradılmayıb”.

E.Qurbanov geniş çıxışında sahibkarlıq və vergi sektorunda olan digər problemlərə də toxunub. Onun işıqlandırdığı mühüm məsələləri video mətndən izləyə bilərsiniz.