Son iki ildə 467 min nəfərin sosial yardımı kəsilib

 

AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev

467 min nəfər üzvü olan 117 min aztəminatlı ailə Ünvanlı Dövlət Sosial Yardımı almaqdan məhrum edilib. Ünvanlı yardım alanların siyahısını ucdantutma doğrayıb töküblər…

2018-ci ilin sonuna olan vəziyyətə görə dövlət büdcəsinin vəsaitləri hesabına Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 42,7 minə (ailə üzvlərinin sayı ≈171 min⁡ nəfərə) düşüb. Bu haqada məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb http://sosial.gov.az/uploads/images/image_750x_5c62aca0358af.pdf).
Nazirliyin yaydığı başqa bir məlumata görə ünvanlı yardım alan aztəminatlı ailələrin sayı 2017-ci ilin sonuna olan vəziyyətə görə 80 min (320 min nəfər ailə üzvü), 2016-cı ilin sonuna olan vəziyyət görə isə 159,5 min (638 min nəfər ailə üzvü) olub (http://sosial.gov.az/uploads/images/image_750x_5c62a9ac5d584.pdf).

Beləliklə, son 1 ildə 149 min nəfərin (37 min ailənin), son 2 ildə isə 467 min nəfərin (117 min ailənin) yardımı kəsilib. Aztəminatlı ailələrin sosial yardımlardan məhrum edilməsi hesabına hökumət son 1 ildə 102 milyon manat (49%) büdcə vəsaitinə “qənaət edib”. Yəqin, bunu da islahatlar siyahısına aid ediblər

Tarix: 6-05-2019, 23:14
Xəbəri paylaş





Xəbər lenti