Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC alıcıları aldadır? ŞOK

  •  Son günlər Bakıda məhsul istehsalçıları alıcıları aldatmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Bu da əlbətdə ki, alıcılar arasında böyük narazılıq yaradıb. Dosye.org-a daxil olan məlumatlara görə “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC adı ilə məhşurlaşan xırda ticarətçilər artıq özlərini böyük sahibkar hesab edir və bununlada istehsal etdikləri məhsulları mağazalara “keyfiyyətli məhsul” kimi təqdim edir.
    Əlbətdə ki, marketlər istehsal olunan məhsulun keyfiyyətindən və buraxılış tarixinin fərqinə varmadan birbaşa satışa çıxarır. Məlumat üçün bildirək ki, satışa çıxarılan bəzi məhsulların üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır. Bununlada saxta məhsulu alan alıcı çox ciddi problemlərlə qarşılaşır. Bir sözlə sağlamlığını təhlükə altına atır.
    Əslində qeyd etdiyimiz neqativ olaylara Qida Təhlükəsizlik Agentliyi nəzarət etməlidir. Görünür, “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC rəhbərləri “görüm-baxımla” öz çirkin niyyətlərini sərbəst həyata keçirir. Necə ola bilər ki, məhsul istehsal olunan gündən deyil, satışa çıxarılan gündən istehsal vaxtı göstərilir?
Bu istiqamətdə araşdırmalarımız davam edir.
DOSYE.ORG
Tarix: 15-05-2019, 15:18
Xəbəri paylaş





Xəbər lenti