Hesablama Palatasının sədri: "Olimpiya komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır"


"Ölkədə Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır".

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülmməmədov deyib.

Onun sözlərinə görə, Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir: "Özünü saxlaya bilən komplekslərdən Kürdəmir və Tovuz Olimpiya idman komplekslərini qeyd edə bilərəm”.

Tarix: 21-05-2019, 16:20
Xəbəri paylaş





Xəbər lenti