Palata “Azəriqaz”ı YOXLAMAĞA BAŞLADI - Qurumdan təsdiqlədilər

Palata “Azəriqaz”ı YOXLAMAĞA BAŞLADI
Hesablama Palatası daha bir dövlət qurumunda yoxlamalara başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, palata "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini araşdırır. Belə ki, Hesablama Palatası vəsaitlərin istifadəsinə dair maliyyə yoxlamaları aparır. Bundan başqa Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar yoxlanılır.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev yoxlamaların aparıldığını təsdiqləyib:

"Bütün idarə və təşkilatlarda olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində dövri yoxlamalar aparılır. Bu yoxlamalar qrafik üzrə həyata keçirilir. Yoxlamaların nə zaman bitəcəyi dəqiq bilinmir."
 
Tarix: 27-05-2019, 14:09
Xəbəri paylaş





Xəbər lenti