Dünyanın ən bahalı 5 valyutası: Siyahıda dollar yoxdur


Dünyanın ən bahalı 5 valyutası: Siyahıda dollar yoxdur

Dünya üzrə etalon valyuta hesab olunan ABŞ dolları əslində heç də dünyanın ən bahalı pul vahidi deyil. 

Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla, dünyanın demək olar bütün ölkələrində milli valyutaların əsasan dollara qarşı məzənnəsi maraqla izlənir.

Cebhe.info dünyanın ən bahalı 5 pul vahidini təqdim edir. Belə ki, dünyanın ən bahalı pul siyahısının Küveyt dinarı başçılıq edir. Hazırda 1 Küveyt dinarı 5.5892 manatdır. İkinci yerdə isə  Bəhreyn dinarı gəlir. 1 Bəhreyn dinarı isə 4.46655 manatdır. Oman rialı siyahının üçüncüsüdür. 1 Oman rialı isə 4.38962 manatdır. Dörüncü yerdə  qərarlaşan İordaniya dinarı isə 2.39069 manatdır. İngilis funt sterlinqi siyahının beşincisi olmaqla bərabər, həm də ilk beşlikdə olan ən dövriyyəli pul vahididir. Hazırda 1 funt sterliq 2.1525 manat civarındadır. 

Tarix: 6-06-2019, 21:31
Xəbəri paylaş





Xəbər lenti