Beynəlxalq sərnişin qatarlarına 30 gün əvvəl bilet almaq mümkün olacaq


Beynəlxalq sərnişin qatarlarında bilet satışı qaydaları dəyişir.

Virtualaz.org “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən bildirir ki, beynəlxalq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, bu gündən beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.

Tarix: 8-06-2019, 08:35
Xəbəri paylaş





Xəbər lenti