Zaqatala yollarına ayrılan pullar restoran biznesinə necə yönəldilir?

            Hər bir rayonda olduğu kimi, Zaqatalada da əhalinin əsas dolanışıq mənbəyi kənd təsərrüfatıdır. Şimal- Qərb bölgəsində yerləşən rayonlar içərisində Zaqatala qozu, fındığı, şabalıdı ilə məşhurdur. Kənd təsərrüfatının bir çox sahələri ilə bərabər, burada əhali daha çox qoz, fındıq və şabalıd bağlarında çalışır, .Əhalinin də əsas dolanışığı elə bunlardan çıxır. Bunlardan əlavə, füsünkar təbiəti bu gün Zaqatalanı regionun turizm mərkəzi olmasına da gətirib çıxarıb. Şimal -Qərb bölgəsində, Gürcüstanla sərhəddə, magistral yolun üzərində yerləşən belə gözəl bir diyarın böyük turizm potensialı olduğunu və bu yöndə son zamanlar bir sıra layihələrin həyata keçirilməsi rayonun abadlaşdırlılmasına gətirib çıxarmışdır.Bu abadlıq işlərinin dövlət vəsaitləri hesabına görülməsi bu gün hamıya məlumdur. Son vaxtlar Zaqatalanın füsunkar təbiəti qoynunda açılmış bir neçə müasir standartlara uyğun otellərin, restoranların, istirahət mərkəzlərinin tikintisi rayonun daha da gözəlləşməsi ilə bərabər buraya yerli və xarici turistlərin axınına da səbəb olub.Abadlıq işləri aydın məsələdir ki,dövlət hesabına aparılır. Bəs rayondakı yağışdan sonra çıxan göbələk kimi çoxalan otel və restoranlar nəyin və yaxud da kimin hesabına tikilir? Bəs bu turistlərin axını kimə sərf edir, Zaqatala sakinlərinlərinə, yoxsa məmur restoran və otel sahiblərinə?
Aktualinfo.org da elə Zaqatala rayonundan bu kimi işlərlə bağlı daxıl olmuş məlumatlara aydınləıq gətirmək istəyir.Belə ki, mərkəzi magistral yol sayılan Bakı – Tiflis şosesi son illər ağır tonrajlı yük maşınlarının çox işləməsi nəticəsində yeni çəkilməsinə baxmayaraq sıradan çıxmaq üzrədir. Zaqatala şəhərində əsasən mərkəzi küçələrindəki yolları normal hesab etmək olar. Rayonun böyük kəndlərində Aşağı Tala, Yuxarı Tala, Əliabad qəsəbəsi, Muxax kəndinin yollarının əksəriyyəti bir neçə il öncə təmir olunsa da keyfiyyətsizlik ucbatından artıq dağılmaq üzrədir. Zəyəm, Çobankol, Qımır, Bazar, Danaçı və Dombabinə kəndlərində mərkəzi yollarına qiymət vermək üçün sadəcə görmək kifayət edər. Bilmədiyimiz digər kəndlərin yolları isə acınacaqlı vəziyyətdədir. Rayonun 37 kilometr uzunluğunda Əliabad – Muğanlı – Faldarlı – Qandax – Yengiyan – Əliabad avtomobil yolunun tikintisi ötən ildən başlasa da hələ də davam etdirilir. Uunluğu 42 km olan Zaqatala – Dəmir yolu stansiyası – Üçüncü Tala – Dağlı – Muğanlı avtomobil yolunun yenidən qurulması işləri də davam etdirilir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yolun inşası üçün xüsusi çınqıl materialı gətirilir ki,elə ilk baxışdan işlərin o qədər də keyfiyyətlə aparılmadığı görsənir.
Qeyd edək ki, rayonun kəndarası yollarının yenidən qurulmasına dövlət büdcəsindən əlavə Prezidentin ehtiyyat fondundan da kifayət qədər vəsaitlər ayrılıb. 2017 ci ildə prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 24,6 milyon manat ayrılıb.Prezidentin sərəncamda göstərildiyi kimi bu vəsaıt yalnız əlavə tədbirlər üçün ayrılıb. Maraqlıdır görəsən əlavə tədbirlərə qədər sözügedən yolun çəkilişinə nə qədər vəsait xərclənib? Bundan əlavə 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi məqsədi ilə  2018-ci ildə 11,0 (on bir) milyon manatıAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Ayrılmış bu qədər vəsaitlərə nə kimi işlər görülüb,kənd yolların baxanda aydın olur.
Göründüyü kimi Zaqatalada yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə büdcədən pullar ayrılır. Amma nədənsə Zaqatalada yolların çəkilişi deyil, otellərin restoranların tikilişi aparılır. Tikilən restoran və otellər isə yollaraın yenidən qurulmasına ayrılmış büdcə pullarının bir hissəsidir. Bu gün Azərbaycanda Zaqatala icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin otel biznes şəbəkəsi heç kimə sirr deyil.  Çünki bir müddət əvvəl dövri mətbuatda və sosial şəbəkələrdə onun qardaşı Meliorasıya və Su Təsərrüfatı Acıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin,oğlunun və İcra bnaşçısı olan qardaşının respublikada və onun hüdudlarından kənarda dəyəri milyonlarla ölçülən biznes şəbəkləri barədə çoxlu yazılar dərc edilmişdi. 
Redaksiyamıza verilən məlumatlara görə belə bir şəbəkəyə Zaqatala Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanovun da sahib olmasını isə bilənlər çox azdır. Məlumatlara görə Zaqataladakı istirahət mərkəzləri və restoranların hər beşindən biri Mövlud Qəhrəmanova məxsusdur. Təkcə Zaqatala şəhərində Tala çayının sahılındə, asma körpü ilə mərkəzi körpünün arasındakı park-bulvarın da Mövlüd Qəhrəmanova məxsus olması barədə məlumatlar var. Məlumatlara görə Mövlud Qəhrəmanov həmin parkı və ərazisində olan obyektləri 2013 -cü ildə Prezidentin ehtiyyat fondundan 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 28 kilometrlikZaqatala – Danaçı – Aşağı Çardaxlar yolunun tikintisi məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinə ayırılmış 5, 5milyon manat vəsaitdən mənimsədiyi pullar hesabına tikib. Zaqataladakı  körpunun  yenidən qurulmasına ayrılmış  vəsaitlərdən də həmçınin. Bunlar Mövlü Qəhrəmanobun büdcə vəsaitlərindən kənarlaşdırdığı pulların çox az hissəsidir. Onun Bakıda nə kimi obyektlərinin olması barədə verilən məlimatları dəqiqləşdirməyə ehtiyac var.Mövlud Qəhrəmanovun digər biznes şəbəkələri barədə araşdırmalardan sonra məlumat verəcəyik. Qayıdaq onun Zaqataladakı Yol İstismar İdarəsinin müdiri kimi fəaliyyətinə.
Bəs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun bu mənimsəmələrdən xəbəri yoxmu? Əlbəttə var. Axı rayonda aparılan bu geniş miqyaslı işləri təkcə Zaqatala Yol İstismar idarəsi deyil, həm də güya tender qalibi olan şirkətlər də görür. Hansı ki həmin şirkətlər doıayısı yollarla Saleh Məmmədovun da payını çatdırırlar.
 
Aktualinfo.org
Tarix: 18-06-2019, 14:18
Xəbəri paylaş





Xəbər lenti