Planlaşdırılan addımlar vətəndaşlara kömək etməyəcək


İqtisadçı Qaşqay İsmayıl
Son qiymət artımlarına olan reakiyalar, həmişəki kimi daha çox qəzəb, ironiya və etirazdan ibarət oldu. Amma nəzərə almalıyıq ki, növbəti bahalaşma dalğasının qaçılmaz olduğunu dəfələrlə təkrar etmişdik və yenə də qeyd edirik: həm kommunal sektorda, həm də ərzaq, sənaye malları və tikinti materiallarında bahalaşma davam edəcək. Burada təkcə hökumətin səriştəsizliyi yox, həm də qlobal dəyişikliklər rol oynayır
Qiymət artımının qarşısını almaq üçün maaş və pensiya artımları isə, vəziyyəti kökündən dəyişmək gücündə deyil və ola da bilməz. Təkrar etdiyimiz kimi, problem qiymət artımından daha çox, əhalinin pul gəlirlərinin kəskin azalmasında və iqtisadiyyatın staqnasiyasındadır. Iqtisadi durğunluğun qarşısını almaq üçün mövcud rejimin bütün imkanları tükənib
Qiymət artımları başqa cəhətdən də maraqlıdır. İndiyə qədər hakimiyyət əhalinin bütün hüquq və azadlıqlarının əvəzində ona ucuz kommunal xidmətlər, ucuz çörək və ucuz marşrut təqdim edirdisə, artıq bu manevir imkanları xeyli daralıb. Sovet İttifaqından miras qalmış ucuz kommunal xidmət erası artıq birdəfəlik qapanır və bu qapanma insafən təbii və labüddür. Lakin maraqlı olan budur ki, hakimiyyətlə xalq arasındakı əvvəlki konsensus pozulmaqdadır, xalqa verilən sonuncu imkanlar da geri alınır və bu güzəştlərin alınması tezliklə xalqın hakimiyyətə loyallığının dəyişməsində özünü biruzə verəcək.
Tarix: 18-10-2021, 17:12
Xəbəri paylaş





Xəbər lenti