Goranboy sakinindən Baş prokurora Şikayət-“Sell Credit lombard” külli miqdar əmlakımı mənimsəyib-VİDEO+FOTOLAR



“Sell Credit lombard” MMC-nin rəhbər qardaşları Goranboy sakininin külli miqdar qızıl -zinət əşyalarını qanunsuz olaraq ələ keçiriblər və mənimsəyiblər.
Bu haqda Dünyanınsəsi.Az saytına borcalan Goranboy sakini, Yeni Azərbaycan Partiyasının üzvü Qasımov Yurik Qurbanəli oğlu tərəfindən Videoşikayət göndərilib.
Şikayətçi iddia edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə eləcə də vəzifə saxtakarlığı və sənədlərin saxtalaşdırılması ilə onun külli miqdar əmlakı “dələduzluq” yolu ilə  ələ keçirilib.
Borcalanı bu hala salan təşkilat Gəncə şəhərində fəaliyyət göstərən “Sell Credit Lombard” MMC-nin olduğu qeyd edilir.
Redaksiyamıza təqdim olunan materialda bu qurumun rəhbərləri sayılan Sərxan və Şirxan Əliyev adlı qardaşların əməllərindən bəhs olunur.Onlar Goranboy rayonun Dəliməmmədli şəhəri, A. Mustafayev küçəsi ev 1-də yaşayan Qasımov Yurik Qurbanəli oğlunun nə az, nə çox 150 min manatlıq girov qoymuş olduğu qızıl-zinət əşyalarını necə “həzm-raberdən” keçirdiklərindən bəhs olunur.

Belə ki, Goranboy sakini müqavilə əsasında 05.27.2019-cu il tarixdə “Sell Credit Lombard” MMC-dən 520.75 qram qızıl-zinət əşyalarını girov qoyaraq 24000 manat pul götürüb.Borcalanın aylar üzrə kredit cədvəlində göstərilən məbləğləri vaxtlı-vaxtında ödəmiş olduğu qəbzləri olsada “lombardina” qardaşları vətəndaşın qızıl-zinət əşyalarını qaytarmayıb.Səbəb isə çox sadədir.Müavilənin birinci cümləsində deyilirdi: “Krediti qaytarmasam, girovun əlavə xəbərdalıq edilmədən satılmasına etiraz etmirəm”.
Guya borcalan götürmüş olduğu kredit ödəmələrini kecikdirdiyindən onlara məxsus olan qızıllar hərraca çıxarılaraq satılıb. Halbu ki, bu şikayətçinin aylar üzrə “Sell Credit Lombard” MMC-yə ödəmiş olduğu bütün qəbzlər özündə durur.Vətəndaş lombarddan krediti götürüb qaytara bilməyəndə, qanunvericilik bu məsələni tənzimləyir, lombard vətəndaşı məhkəməyə verir. Yalnız məhkəmə qərarı ilə girov götürdüyü əşyanı hərracda satmalıdır. Satılan əşyanın qiymətindən öz borcunu götürməli qalan hissə vətəndaşa qaytarılmalıdır.Goranboy sakininin bu qardaşlara çoxsaylı müraciətləri olsada deyirlər ki, əliniz hara uzundur gedin şikayət edin.Borcalan Qasımov Yurik Qurbanəli oğlu Yeni Azərbaycan partiyasının qocaman üzvülərindən biri kimi Baş prokuror Kamran Əliyev cənablarından ona qarşı dələduzluq etmiş”Sell Credit Lombard” MMC-nin fəaliyyətinin araşdırılmasına göstəriş verməsini xahiş edir.
Goranaboy sakinin Baş prokurora videomüraciətini(şikayətini) təqdim edirik

Bütün bunların fonunda əgər şikayətçinin səsləndirdiyi iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa, nəticədə məsul şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini, eləcə də vəzifə saxtakarlığı və sənədlərin saxtalaşdırılmasını görə bilərik.
Redaksiya olaraq “Sell Credit Lombard” MMC-nin mövqeyini dərc etməyə hazırıq.
Dünyanınsəsi.Az
Tarix: 19-10-2021, 09:26
Xəbəri paylaş





Xəbər lenti