Qiymətlər yenidən artacaq - AÇIQLAMA



“Oktyabrın 31-də dünyanın əksər yerlərində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Avropda qış mövsümünə keçdilər, saatı da 1 saat geri çəkdilər.  Azərbaycanda isə saatlarda dəyişiklik olmasa da qış mövsümünə keçid də noyabrın 15-də gözlənilir. Ötən ilin bu vaxtları əsgərlərimizin bəxtindən havalar mülayim keçirdi. Bu il havalar əvvəlki illərə nisbətən daha soyuq keçsə  də, "Azəristiliktəchizat" mənzillərə  hələ də istilik vermir. Çox güman ki, istilik verilməmişdən əvvəl qiymətlər yenidən bahalaşacaq, yaxın günlərdə bunun şahidi olacağıq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
 
Q.İbadoğlu qeyd edib ki, ABŞ-da və Böyük Britaniyada evlərə istiliyin verilməsi çöldəki hərarətə uyğun tənzimlənir: “Azərbaycan da bu sistemə keçməlidir. Belə olan halda hətta qışda havalar isti keçərsə, o zaman istiliyə fasilə verilə bilər. Odur ki, Nazirlər Kabineti, "Azəristiliktəchizat" ASC təqvimlə istilik verilməsindən imtina etməli, Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə  mənzillərə, sosial müəssisələrə, xəstəxanalara,  məktəblərə, uşaq baxçalarına istilik verməyə başlamalıdır”.
Tarix: 1-11-2021, 00:21
Xəbəri paylaş





Xəbər lenti