Azərbaycanı indiki böhrandan çıxarmaq variantı


İqtisadçı Qaşqay İsmayıl
Azərbaycanda siyasi və iqtisadi inkişafın əsas şərti, vətəndaşları yardım alan təbəqədən vergiödəyən təbəqəyə çevirmək olmalıdır, bunun üçün Azərbaycanın iqtisadi potensialı olduqca böyükdür. Vergiödəyicisi anlayışı ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təsir göstərmək imkanındadır
Büdcədən stabil qaydada cüzi qidalanan vətəndaşdan fərqli olaraq, vergiödəyicisi öz hüquq və azadlıqlarının təmin edilməsini tələb etməkdə maraqlı olduğundan, demokratik dəyərlərin formalaşmasında əvəzsiz rol oynayır
Hal hazırda ölkədə milli gəliri formalaşdıran yeganə mənbə büdcə olduğundan, insanlar dövlətin mərhəmətinin ümidinə qalıblar və iqtisadi ideyalar bir qayda olaraq, dövlətdən yardım tələbləri əsasında formalaşır
Hakimiyyət indiyə qədər öz legitimliyini təmin etmək naminə, əhalinin vergiödəyiciləri olmasında yox, büdcədən qidalanmasında maraqlı olub, məhz bu iqtisadi siyasətin nəticəsində milyonlarla insan, dövlətdən hər hansı formada olur olsun yardım almaq uğrunda mübarizə aparır
Hazırki böhran şəraitində bir çoxları SSRİ nostalgiyasına qapılaraq, yeganə günahkar olaraq kapitalist sistemini və bazar iqtisadiyyatını göstərirlər. lakin bütün mənfiliklərinə baxmayaraq ümumilikdə götürdükdə, bazar iqtisadiyyatının, sərbəst bazar prinsiplərinin alternativi yoxdur. Ona görə də bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə gətirib çıxaracaq bəzi təkliflərimizi qeyd edirik
  1. Ölkənin Avropa, Rusiya kimi böyük regional bazarlara açılması və həmin bazarlara dərindən inteqrasiyası
  2. Vergi islahatları aparmaqla vergi qanunvericiliyinin liberallashdırılması və bu zaman vergi yukunun əsas istiqamətinin biznesdən əmlaka (mülkiyyətə) yönəldilməsi
  3. Dövlət kapitalizmindən birmənalı olaraq imtina edilməsi, dövlətin mülkiyyətində olan, qeyri-effektiv idarə edilməsi səbəbindən büdcəyə yükə çevrilməklə korrupsiya mənbəyi sayılan iri dövlət şirkətlərinin özəlləşdirilməsi
Təklif olunan islahatların keçirilməsi nəticəsində, əmək qabiliyyətli ölkə vətəndaşlarını büdcədən yardım istəmək vərdişlərindən xilas edilməsini, iqtisadi fəal əhalinin isə əksəriyyətinin vergi ödəyəcilərinə çevrilməsini təmin etmək mümkündür
Tarix: 16-11-2021, 08:30
Xəbəri paylaş





Xəbər lenti