Stereotip iqtisadi idarəçiliyin fəsadları


İqtisadçı Qaşqay İsmayıl
Təəssüf ki, Azərbaycanda iqtisadiyyatın gələcək inkişafı ilə bağlı planlar qurulan zaman hələ də 90-cı illərin, bəzi hallarda isə Sovet dövrünün stereotiplərinə əsaslanırlar
Məsələn, yaxın keçmişdə başlamış pambıq “kampaniyası” buna sübutdur. Ekoloji böhran və sürətlə azalan su resurslarını nəzərə almadan əhalini pambıq əkməyə məcbur etməklə neft gəlirlərini pambıqla əvəz etmək real deyildi. Eləcə də kənd təsərrüfatı bazarı olaraq Rusiyaya yönəlmək öz “bəhrəsini” verməkdədir. Artıq Rusiya dünyaya ərzaq məhsulları ixracını ilbəil artıran ölkədir və əvvəllər idxal etdiyi bir sıra məhsulları da özü istehsal edir. Təkcə bu ilin 11 ayı ərzində Rusiyanın xaricdən idxal etdiyi süd məhsulları 22, meyvələr 9, tərəvəzlər 4.5 faiz azalmışdır. Bu tendensiya ilbəil artan xətt üzrə davam edəcəkdir. Təkcə Moskvada ərzaq məhuslları istehsal edən sənayedə keçən illə müqayisədə 18 faiz artım olub
Bu rəqəmlər Azərbaycan üçün sadə bir həqiqəti göstərir: daş dövrünün texnologiyalarına əsaslanan kənd təsərrüfatı istehsalı, yəni, Rusiyaya meyvə-tərəvəz satmağı nəzərdə tutan “pomidor strategiyası” da aktuallığını itirir. Kənd təsərrüfatının azalmaqda olan neft gəlirlərinin müəyyən hissəsini də olsa kompensasiya etmək ehtimalı çox kiçikdir. Çünki bu “strategiyalar” müasir dövrün reallıqları deyil, 20-30 il əvvəlin stereotipləri əsasında yaradılıb
Tarix: 10-12-2021, 17:15
Xəbəri paylaş





Xəbər lenti