Azərbaycan idxal rüsumları ən çox olan ölkələrdən biridir


İqtisadçı Rövşən Ağayev
Dünya Ticarət Təşkilatının son tarif hesabatından…
Azərbaycanda idxal rüsumlarının orta dərəcəsi 9.2% təşkil edir. Bu göstərici aqrar mənşəli məhsullar üzrə 11.1%, qeyri-aqrar əmtəələr üzrə 8.9% təşkil edir.
Bu göstərci yükəkdir, ya aşağı?
Əlbəttə, müqayisəni başqa ölkələr əsasında aparmaqla mənzərəni aydınlaşdırmaq olar.
Müqayisəli statistilka təqdim etməzdən əvvəl vacib bir qeydi deyim: idxal rusumunun orta dərəcəsi ilə ölkələrin inkişaf səviyyəsi arasında əlaqə var. İnkişaf səviyyəsi yüksək olan və ya davamlı iqtisadi inkişafı hədəfləyən, dünya iqtisadiyyatına bazar qaydaları və sağlam rəqabət əsasında inteqrasiya etməyə çalışan ölkələrdə orta tarif dərəcəsi daha aşağıdır.
Müqayisə üçün statistika:
İsveçrə – 1.7%
Gürcüstan – 1.7%
Norveç – 2.3%
ABŞ – 2,5%
Avstraliya – 2.5%
Avropa Birliyi – 2.9%
İsrail – 3.1%
Ukrayna – 3.2%
Çin – 3.4%
Türkiyə – 4.7%
Qazaxıstan – 4.8%
Rusiya – 5.5%
Ermənistan – 5.7%
Azərbaycan – 9.2%
Pakistan – 9.6%
Qana – 11%
Niger -11%
Misir – 12.4%
İran – 13%
Sierra Leone – 13,2%
Uqanda – 13,6%
Fici – 14.9%
Zimbabve – 67,7%
Rəqabətli iqtisadiyyat yarada bilməyən, büdcəsini idxal mallarının gömrük yığımları hesabına doldurmağa çalışan ölkələrin yüksək gömrük tariflərini tətbiq etmək üçün ən populyar arqumenti: daxili bazarımızı və yerli sahibkarımızı qoruyuruq. Sanki o birilərinin daxili bazarı və milli sahibkarı yoxdur…
Tarix: 12-12-2021, 16:07
Xəbəri paylaş





Xəbər lenti