Dekabr ayı korrupsionerlər üçün büdcə talançılığı, yoxsullar üçün dərd ayına çevrilib


ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Nənəmdən eşitmişdim ki, aylar arasında ən ağır ay martdır. Rəhmətlik həmişə kiçik çillə, böyük çillədən bəhs edər, boz ay adlandırdığı marta rəğmən deyərdi ki, mart çıxdı dərd çıxdı.
Bu anti-milli iqtidarın soyğunçu siyasəti nəticəsində bu deyim artıq dekabr ayına aid edilir.
Çünki, qaz sərfiyyatı üzrə illik istehlak həcmi həm 1200m3, həm də 2500 m3 yuxarı olan əksər əhali dekabrın tez başa çatmasını səbirsizliklə gözləyir ki, yeni ildən xərcləri azalsın. Onlar üçün dekabr ayının artan xərci bu ayı dərd ayına çevirib. Amma, büdcəni talayan korrupsionerlər üçün ilin ən yaxşı ayı dekabr ayı hesab olunur. Çünki bu hakimiyyətin dövründə yola salıdğımız hər ilin son ayı büdcə korrupsiyasının inkişafının pik ayıdır. Növbəti ilə qalıq qalmasın deyə bu ay ərzində sənədlərdə xərcləmələr, yəni silinmələr əvvəlki aylarla müqayisədə dəfələrlə artır, bir sözlə korrupsionerlər büdcə vəsaitləri hesabına qaz vurub qazan doldururlar və belə mənimsəmələr on illərdir ki, davam edir. Elə buna görə də büdcə talançıları dekabrın tez yox, əksinə gec başa çatmasını arzulayırlar, çünki, onlar dekabrda demək olar ki, hər gün büdcə oğurluğu ilə məşğuldurlar. Diqqət edin, ötən ilin ilk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2014,8 mln. manat təşkil etməsinə baxmayaraq, yalnız dekabr ayında xərcləmələr orta göstəricidən 2,1 dəfə çox olub. Belə ki, 2020-ci ilin dekabr ayında xərclənən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1 faizini (2019-cu ildə 17,4 faizini) təşkil edib.
Bax, belədir dostlar, biz çalışırıq ki, gələn ilə borcla daxil olmayaq, büdcə qarşısında öhdəliyimizi yerinə yetirək, onlar da dekabrda büdcə talanını artırır və nəticədə də oğurlanmış büdcə vəsaitlərinin səsi, sorağı Londonun əmlak bazarından, İsveçrə banklarından gəlir.
Tarix: 12-12-2021, 16:13
Xəbəri paylaş





Xəbər lenti