İqtisadçı keçirilən sorğuları ittiham etdi: “Gözə kül üfürməkdir”


İqtisadçı keçirilən sorğuları ittiham etdi: “Gözə kül üfürməkdir”

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda ailələrin orta aylıq gəlirləri ilə bağlı sorğu keçirib. Sorğu nəticələrinə görə, Azərbaycanda hər dörd ailədən birinin aylıq gəliri 501-1000 manat arasındadır, cəmi 4.7% ailə isə 1001 manatdan artıq gəlir əldə edir. Rəyi öyrənilənlərin 35.5%-nin aylıq gəlir səviyyəsi (ailə olaraq) 1-250 manat, 35%-nin isə 251-500 manat arası dəyişir.

"Ailələrin üçdə ikisində hər iki tərəf müxtəlif formalarda (əməkhaqqı, müavinət və s.) gəlir əldə edir. Övlad müstəvisində isə ailələrin 17.7%-də oğlanlar gəlir əldə edirsə, qızlar üçün bu göstərici 3,5% təşkil edir. 83.1% ailələrdə kişi ailəyə ən çox gəlir gətirən şəxsdir", - məlumatda deyilir.
İqtisadçı Nemət Əliyev keçirilən bu sorğu ilə bağlı Bizimyol.info-ya çıqlama verərək bildirib ki, hesablanmış göstəriciləri sorğu keçirmək yolu ilə yenidən hesablamağa təşəbbüs etmək ondan xəbər verir ki, burada yalnış bir təəssürat oyatmaq fikri güdülür.
Nemət Əliyev Nemət Əliyev
“Mən bilmirəm ki, Sosial Tədqiqatlar Mərkəzi bu sorğunu hansı prinsiplə aparıb. Ümumiyyətlə sosial məqsədli sorğuların aparılmasının özünəməxsus xüsusiyyətləri var və burada sorğu predmetləri elə seçilməlidir ki, o, gerçək vəziyyətə yaxın olsun. Tədqiqatın seçmə obyekti elə müəyən edilməlidir ki, o, ölkədəki orta göstəricini əhatə etməli olsun. Düşünmürəm ki, bu soğruda o qaydalara riayət oluna bilsin. Amma hər bir halda ölkənin sosial vəziyyətini, gəlirlərini xarakterizə edən başqa göstəricilər var və Dövlət Statistika Komitəsi bu göstəriciləri hesablayır.
Azərbaycada bütün üzvlərin çalışdığı ailə tapmaq çox çətindir. Hazırki dövrdə ailədə bir nəfər, yaxud da 4-5 nəfərlik ailədə 2 nəfərin işlədiyi hamımıza məlumdur. Gələn ilin dövlət büdcəsi müzakirə olunan zaman Hesablama Palatasının hazırladığı rəydə də konkret olaraq göstərilirdi ki, Azərbaycanda minimum əməkhaqqı səviyyəsində (200 manat) əmək haqqı alanların sayı 600 min nəfərdir. Ölkədə beş milyon iki yüz min işçi qüvvəsi var və onun 1,7 milyon nəfəri əmək haqqı alır. Buradan hər şey açıq aydın olur ki, işçi qüvvəsinin nə qədər az bir hissəsi əməkhaqqı ilə təmin olunub. Bu 1,7 milyon nəfərin 600 min nəfərinin orta aylıq əmək haqqısı 250 manatdır”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda əmək haqqı səviyyəsi çox aşağı vəziyyətdədir.
“Mövcud qiymət artımları, bahalaşma fonunda 300-400 manat əmək haqqı əhalinin sosial vəziyyətini müdafiə etməyə yetmir. Ona görə də sorğu keçirdib, “ailə gəlirləri filan qədərdir” demək, işə keçmir. Kənardan görünən dağa bələdçi lazım deyil. Bu cür sorğular keçirmək gözə kül üfürməkdir”.
Tarix: 22-12-2021, 22:23
Xəbəri paylaş





Xəbər lenti