Kiçik sahibkarlığı daha pis günlər gözləyir


İqtisadçı ekspert Qaşqay İsmayıl
Azərbaycanda vergi qanunvericiliyi ilə bağlı gözlənilən dəyişikliklər, vergi siyasətini idarə edən şəxslərin nəinki ölkənin spesifikasını bilmədikləri, ümumilikdə vergitutmanın mahiyyətindən xəbərsiz olduqlarını göstərir. Vergitutma ilə bağlı Avropanın inkiaf etmiş ölkələrində tətbiq edilən prinsipləri kor-koranə şəkildə, iqtisadiyyatı Afrika ölkələri səviyyəsində qalmış bir ölkəyə tətbiq etmək heç bir məntiqə sığmır. Məsələnin mahiyyətindən xəbərsiz olan bəzi “ekspertlər” bunu şəffaflıq və korrupsiyaya qarşı mübarizə kimi başa düşsələr də, əslində görülən tədbirlər vergi ödəyicilərinin bir sinif kimi məhvinə gətirib çıxarmaqdadır
Azərbaycan hökuməti sadə bir prinsipi hələ də dərk edə bilmir: kiçik və mikro sahibkarlıq subyektlərinin vergi şəklində büdcəyə verdikləri qəpik-quruş büdcədə demək olar ki, gözə görünmür, bizim kimi neftdən asılı büdcədə isə faktiki olaraq əhəmiyyət daşımır. Kiçik marketlər, dönərxanalar və sair bu tipli obyektlər, bərbər, dərzi, ayaqqabı təmiri kimi xidmət sahələri dövlət üçün başqa aspektdən əhəmiyyətlidirlər. Çünki onlar sosial stabilliyi, sakitliyi təmin edirlər, adamlar üçün məşğulluq yeri yaradırlar, cəmiyyətdə toplanan neqativ enerjinin kritik həddə çatmasına imkan vemirlər. Təsadüfi deyil ki, bir çox ölkələrdə kiçik və mikro sahibkarlıq subyektləri simvolik vergi ödəyirlər. Belə ölkələrdə dövlət kiçik və mikro sahibkarlığın həqiqi mahiyyətindən xəbərdardır və onları stimullaşdırmağa çalışırlar
Bizdə isə vergi siyasəti kor-koranə, inzbati resursların tam gücünü tətbiq etməklə aparılır. Yeni ildən kiçik sahibkarlığa qarşı gözlənilən növbəti ”xaç yürüşlərini” təşkil edən ingilisdilli, amma iqtisadi baxımdan savadsız və delitant rəhbərlərin tədbirləri, gec-tez hakimiyyət üçün ağır nəticələrə gətirəcək.

Siam.az
Tarix: 22-12-2021, 22:57
Xəbəri paylaş





Xəbər lenti