Yeni il süfrəsi neçəyə başa gələcək? - VİDEO



Yeni il yaxınlaşır. Həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gündür. İnsanlar məhz bu günü həmişə çalışır ki, fərqli qeyd etsinlər. Xüsusilə də, bayram süfrələrini. Bunun üçün də bazarlara üz tuturuq. Əməkdaşımız Nərmin Mirvalehqızı da elə həmin bazarlardan birində olub və qiymətləri öyrənməyə çalışıb. Bazara üz tutrarkən həm də yeni il süfrəsinin hazırlanması üçün lazım olan orta məbləği hesablamağa çalışmışıq.

 Kimisi aş, kimisi dolma, kimisi isə ləvəngi bişirəcək. Evlərdə süfrələr  açılacaq, bütün ailə üzvləriətrafına yığışacaq.

Yeni il yaxınlaşdıqca, bayram süfrəsinin qurulmasına hazırlıqlar başlayır. İndidən bayram bazarlığını edənlər də var, işlərini axırıncı günlərə saxlayanlar da. Alış-veriş üçünisə ya bazara üz tuturuq, ya da yarmarkalara. Burada da ən çox satılan məhsul hazırda düyüdür.

Bayram ərəfəsində yağ satışı da çoxalıb. Çünki, bu günlərdə bişirilən yeməklər adətən yağlılığı ilə seçilir.

Yağlı yeməklər varsa, demək turşu və kompot da mütləq yanında olmalıdır. Elə bu səbəbdən bazarda feyxoa kampotu və pomidor turşusunun da alıcıları artıb. 

Bayram günləri balıqçıların da alveri yaxşı gedir. Ət və Toyuq məhsulları da ən çox alınan qidalar sırasındadır. 

Bazardakı qiymətlər isə heç də bütün alıcıların ürəyincə deyil. 

Hazırkı qiymətləri əsas götürsək, bir bayram süfrəsi təxminən 90 manat 20 qəpiyə başa gəlir. Belə ki, bazarda 1 kiloqram pomidor – 3 manat, xiyarın qiyməti 2 manat, kütüm balığı- 14 manat, banan -2 manat, ananas- 5 manat,  mandarin -1 manat 20 qəpik, alma- 1 manat, nehrə yağı-15 manat, 500 qram ərik qurusu – 6 manat, 200 qram alça – 2 manat, 300 qram kişmiş -2 manat, 1 kiloqram yerli düyü– 6 manat, 3 litr feyxoa kompotu– 5 manat, pomidor turşusu – 6 manat, mal əti - 12 manat, toyuq əti - 6 manat,2 çörəyin qiyməti isə 1 manatdır.
 
 
Tarix: 25-12-2021, 08:27
Xəbəri paylaş





Xəbər lenti