BÖHRAN: Azərbaycan iqtisadiyyatında son illərin ilki... - “İkirəqəmlini gördük”


İqtisadiyyatda 2021-ci ilin gündəmi “inflyasiya” oldu COVID-19 epidemiyasının yaratdığı iqtisadi tənəzzüldən sonra canlanan qlobal iqtisadiyyat 2021-ci ildə inflyasiya şoku ilə üzləşdi.

Belə ki, qlobal iqtisadiyyat keçən ildə inflyasiyanın yüksəlməsi ilə yadda qaldı. COVID-19 epidemiyasının səbəb olduğu tədarük zəncirindəki problemlər, iqtisadi normallaşma ilə artan istehlak tələbini qarşılaya bilmədiyi üçün bütün dünyada qiymət artımlarına təkan verdi. Epidemiyanın yaratdığı iqtisadi şokdan sonra ölkələr bərpa olunmağa davam edərkən, yüksək inflyasiya iqtisadiyyatların ən vacib mövzularından biri oldu. Enerjidən qidaya qədər son vaxtlar sürətlənmiş qiymət artımları bir çox ölkələrdə istehlakçıların yaşayış xərclərini əhəmiyyətli dərəcədə artırıb.

2021-ci ildə qlobal iqtisadiyyat inflyasiya şoku ilə üzləşdiyi halda, yüksək inflyasiya yalnız təkcə inkişaf etməkdə olan ölkələr üçün problem olmadı, həm də inkişaf etmiş iqtisadiyyatlarda tarixi səviyyələrə çatdı. ABŞ və Avropa da daxil olmaqla bütün dünyada inflyasiya təzyiqlərinin səbəbləri kimi tədarük, əmək bazarındakı problemlər, baza effekti və iqtisadiyyatların yenidən normallaşmasından sonra güclü istehlak tələbi ön plana çıxdı.

Kredit reytinq agentliyi “Fitch Ratings” də böyük iqtisadiyyatların əksəriyyətində illik inflyasiya dərəcələrinin tarixi səviyyələrə çatdığını və qlobal inflyasiya şokunun son aylarda gücləndiyini bildirib. ABŞ-ın inkişaf etmiş iqtisadiyyatlar arasında inflyasiya səviyyəsi ilə seçildiyini qeyd edən “Fitch” inkişaf etməkdə olan iqtisadiyyatlarda da inflyasiyada kəskin artımların olduğunu qeyd edib.

Böyük Asiya iqtisadiyyatlarında inflyasiya ümumilikdə aşağı səviyyədə qaldı.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında ölkəmizdə keçən ildə baş verən iqtisadi proseslərlə bağlı bildirdi ki, uzun illərdir Azərbaycanda ikirəqəmli inflyasiya görmürdük:

“Keçən il rəsmi məlumatlara görə, ikirəqəmli inflyasiya gördük. Ərzaq inflyasiyası rəsmi rəqəmlərdə 15 faizə yaxınlaşdı. 2021-ci ilin ilin ən yaddaqalan hadisəsi kimi məhz inflyasiya ilə bağlı müzakirələr, qiymət artımının insanları narahat edən məsələlərdən birinə çevrilməsi oldu. Ümumi götürdükdə makroiqtisadi göstəricilərdə isə müsbət dinamika oldu. ÜDM-in 5,3 faiz artması gözlənilir, xarici ticarətdə müsbət saldo 4 milyard dollara yaxınlaşacaq. Makroiqtisadi göstəricilərdə vəziyyətin normal olmasının əsas səbəbi neft qiymətləridir. Azərbaycan neftinin qiyməti 75 dollardan yuxarıdır. Bu, makroistiqasdi göstəricilərə müsbət təsir edən asas amilə çevrilib. Ancaq ötən il inflyasiya ilə daha çox yadda qaldı”.
Tarix: 1-01-2022, 14:41
Xəbəri paylaş





Xəbər lenti