Avropa iki ay ərzində qazsız qala bilər – “Bloomberg”




Avropanın soyuq hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var.

Siam.az xəbər verir ki, bu haqda informasiyanı “Bloomberg” agentliyi yayıb.

Nəşrin müəllifləri qeyd ediblər ki, yanacaq böhranının ilkin şərtləri bərpa olunan enerji mənbələrinə keçid və təbii qazın yerli istehsalının azalmasıdır. 

Nəticədə ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb.

Məqalədə deyilir: “Qarşıda qışın ən soyuq iki ayı var və Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular hökm sürür”.Bizim.Media
Tarix: 5-01-2022, 11:02
Xəbəri paylaş





Xəbər lenti