UNUN QİYMƏT ARTIMI

İqtisadi Təhlil İnstitutunun sədri
Daxili bazarın təsirləri
Əvvəla onu qeyd edək ki, Azərbaycan buğda istehsalını həyata keçirən dövlətdir. Dünyada 79 ölkə arasında buğda istehsalına görə 25-ci yerdə qərar tutur. Bununla yanaşı ölkəmiz xaricdən buğda idxal edir. Əsas idxalçı ölkə kimi Rusiya çıxış edir. Azərbaycan buğdanı əsasən Rusiyadan idxal edir. Və 2021-ci ildə Rusiyada isə ixrac rüsumlarının dəyişdirilməsi ilə onun əsas idxalçısı olan ölkələrə, o cümlədən Azəbaycandakı taxılın qiymətinə birbaşa təsir edib.
Məlumat üçün bildirək ki, Azərbaycanın buğdaya cəmi tələbatı 3,2-3,3 milyon ton intervalındadır. 2020-ci ildə Azərbaycanda yuvarlaq olaraq 1,8 milyon ton buğda istehsal edilib. Həmin il üçünsə 1,4 milyon ton buğda idxal olunub. Həmin ilin əvvəlinə isə qalıq buğdanın həcmi isə 864 min ton olub. Son 2 ildə buğdanın istehsal-idxal-istehlakının strukturuna diqqət edəndə aydın formada görmək olur ki, buğdanın istehlakı artıb, amma istehsalında heç bir artım baş verməyib.
Buğda istehsalının aşağı səviyyədə olması nəticədə ölkəmizin buğda ilə təminedilmə səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Bitkiçilik məhsulları ilə özünütəminetmə səviyyəsi, faizlərlə
Məhsulun adı 2018 2019 2020
Buğda 64,8 57,2 57,1
Mənbə: DSK
Cədvəldən də göründüyü kimi 2018-ci illə müqayisədə sonrakı illərdə buğda ilə təminetmə səviyyəsi 7 faiz aşağı düşüb. Burada 3 labüd haldan biri baş verib: (ı) istehsal azalıb, (ıı) idxal səviyyəsi artıb və yaxud (ııı) istehlakın həcmi yüksəlib.
Suallar yaranır:
  • “Regionların inkişafı üzrə Dövlət Proqramı” vasitəsilə 70 mlrd. dollardan artıq vəsait aqrar məhsulların istehsalı təşviq edə bildimi?
  • Aqrar subsidiyalar (2007-ci ildən) buğda istehsalının artımına təkan verə bildimi?
  • Dövlət Taxıl Fondunun “qara” günlər üçün rezerv toplaya bildimi?
Çin təkcə buğda istehsalına görə dünya birincisi (134.3 million ton) deyil. Həm də düşüncə insanları və strateji vizyonu ilə fərqli dövlətdir. Onların düşüncə atalarının belə bir sözləri var: “Arxlarınızı hava yaxşı olduqda təmizləyin.” Təkcə məcazi mənada yox, elə həqiqi və sözün birbaşa mənasında da doğru ifadədir. Təkcə buğdanın əkilməsi üçün arxlarımızı təmiz saxlamalı deyilik, həm də gələcək təhlükələri ertələmək baxımından arxayın zamanlarımız da belə gələcək təhlükələr üçün tədbirlər görməliyik. Necə deyərlər, gələcəyi gəlmiş bilməliyik! Biz isə təhlükələr uzaq da olanda deyil, qapının ağzında bizə salam verəndə hərəkətə keçirik və yağış yağanda isə “arxlarımızı” təmizləyirik!
Tarix: 9-01-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti