Hökumət dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirsin... - TƏKLİFLƏR



"Hökumət deyir ki, 2 həftəyə qiymət artımının, inflyasiyanın qarşısını almaq üçün təkliflər hazırlayacaq. Qiymət artımının qarşısını almaq üçün yollar bəllidir".

Siam.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli təkliflərini açıqlayıb: 1) Hökumət tənzimlənən qiymətləri, dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir, 2) Ölkədə istehsalı olmayan, və ya çox az olan məhsullara, yəni ərzaq və dərmanlara tədbiq etdiyi gömrük rüsumlarını sıfırlayır, ƏDV-i isə kəskin azaldaraq 5%-ə çəkir, 3) Ölkədə inhisarçılığın qarşısı alınır, Rəqabət Məcəlləsi qəbul edilir, məmurlar biznesdən rədd olur, 4) Aqrar və iqtisadiyyatın digər sahələrində orta/kiçik sahibkarlar üçün ucuz və uzunmüddətli kreditlərin verilməsi üçün Dövlət İnvestisiya Bankı yaradılır, bu bank yalnız aqrar sektora və kiçik-orta biznesə minimum 3 illik, maksimum 5%-lə kreditlər verir. Paralel olaraq idarəetmə islahatları da aparılır, bu haqda da çox yazmışıq - Yeni Konstitutsiya qəbul edilməlidir. Bütün bunlardan sonra inflyasiyanı cilovlamaq mümkün ola bilər.
Pravda.az
Tarix: 22-01-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti