Aİ-92 ilə bağlı açıqlama


“Qərarın Aİ-95-ə aidiyyatı yoxdur, müvəqqəti olaraq Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzinin gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib və Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib. Səbəbi sadədir: Neft ölkəsi Azərbaycan özünü artıq Aİ-92 ilə də təmin edə bilmir, xaricdən alacaqlar, daxildə qiymət artmasın deyə, rüsum/vergilər 1 iyuna qədər ləğv edilir. Bu vaxta qədər Neftayırma zavodu təmir ediləcək, yerli istehsal artırılacaq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
“Görürsünüzmü, belə alət var imiş, bəs biz illərdir, deyirik ki, özümüzü təmin edə bilmədiyimiz gündəlik ərzaq məhsullarının, dərmanların, uşaq yeməklərinin rüsum/vergilərini sıfırlayın, imkan verin camaat ucuz məhsul alsın, niyə qulaq asmırsınız?! Hə, indi Gömrük Komitəsinin rəisi çıxıb deyər ki, bəs o zaman biz büdcəyə nə ödəyək?! Ödəmə, qardaşım, ödəmə, məntiqlə büdcəyə yığıb sonra vətəndaşa xərcləyəsi deyilsiz?! O zaman elə bəri başdan almayın bizdən 15% rüsumu, 18% ƏDV-ni, imkan verin cibimizdə qalsın, camaat o pula daha çox mal/məhsul/xidmət alacaq, deməli iqtisadiyyatın çarxları daha çox dönəcək, yeni iş yerləri, imkanlar yaranacaq. Belə sadə həqiqəti anlamırsınızmı?!” – N.Cəfərli qeyd edib.
Tarix: 29-01-2022, 23:11
Xəbəri paylaş





Xəbər lenti