Mərkəzi Bank 2022-ci ilin ilk faiz qərarını verir - SƏRTLƏŞMƏYƏ GEDİLƏ BİLƏR


Azərbaycan Mərkəzi Bankın İdarə Heyəti bu ün faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin ilk iclasını keçirəcək.
AMB İdarə Heyəti cari ilin uçot dərəcəsi üçün dəfə iclas planlamışdı. Son 6 iclasda gözləmə mövqeyində dayanıb. Sonuncu dəfə 2020-ci ilin dekabrındakı axırıncı iclasda faiz dərəcəsini 0.25% bəndi azaldaraq 6.25%-ə qədər endirmişdi. Son iki iclasda isə sərtləşməyə getdi.
Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakında isə uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddi 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddi isə 1% bəndi artırmaqla 8%-ə yüksəltmişdi.
Mərkəzi Bank sonuncu dəfə 2021-ci ilin dekabr ayında faiz dərəcəsinə dair qərar verdi. Uçot faiz dərəcəsi 0.25 faiz bəndi yüksəldilmişdi. darə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsinə yüksəldildi.
Artıq Mərkəzi Bank 2022-ci il üçün bəyan etdiyi pul siyasətini analiz etdikdə,onun hədəfində manatın dəyərinin qorunub saxlamasıdır. Ölkədə inflyasiya AMB-nin hədəf çərçivəsindən kənardadır.
Mərkəzi Bank bu ildə 8 iclas planlayıb. Son bəyanatında qeyd edir ki, 2022-ci ildə faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək. Bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcək.
“Ölkədə 2021-ci ilin orta illik inflyasiyası 6.7%, illik isə 12%-dir. Dekabrda aylıq müqayisədə əraq qiymətləri 2.6%, illik müqayisədə isə 15.% artıb.
Azərbaycanın maliyyə bazarının requlyatoru artıq ötən ilin son iclasında da 2022-ci il üçün yüksək inflyasiya olacağı siqnalı ictimaiyyətə çatdırıb”- deyə, analtika qrupu bildirib.
AMB bildirirdi ki, baza proqnozuna görə inflyasiya prosesləri 2022-ci ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcəkdir.


Tarix: 29-01-2022, 23:18
Xəbəri paylaş





Xəbər lenti