Görünməmiş saxtakarlıq

Torpaq daşınmasına görə 3 milyon pul silinib
Şamaxı-İsmayıllı yolunda hərəkət edən zaman daim yol-tikinti işlərinin şahidi olmaq olur. Bütün bu işlər Evrascon- «Azərkörpü» ASC həyata keçirir. Körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmış bu şirkətin sahibinin Baş Nazirin keçmiş naziri Abid Şərifov olduğu qeyd edilir.

Şamaxı- İsmayıllı yolunun bir hisəsi olan Muğanlı-Kalraçay hissəsində təkçə torpaq daşınmasından 3 milyon manat gəlir əldə etdiyi bildirilir. İnsaf naminə 3 milyonu tək yeməyiblər. Həmin məbləğin 450 000 manatı ərazinin ekoliji təminatına göz yumduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülüb. Konkret olaraq anlaşmanın Abid Şərifovun yerlisi ETSN-nin müavini Vüqar Kərimovla edildiyi də bildirilir. Mənbənin bildirdiyinə görə 3 milyonun təxminən 500 000 manat isə real işlərə sərf olunub. Yerdə qalan 2 milyon manatı isə yəqin ki, EVRASCON şirkəti halal qazanc kimi götürüb.

Redaksiyamıza göndərilən video-görüntülərin dronla çəkildiyi bəllidir. Amma bunu kim çəkə bilər? Bizim təxminlərimizə görə bunu çəkən də elə külli miqdarda pay alıb.

Video görüntülərdə Muğanlı-İsmayıllı yolu üzərində “Növruz” restoranın yaxınlığından Kalraçay istiqamətinə torpaq sürüşdürülməsi əməliyyatı əks etdirilir.

Bu əməliyyat nəticəsində hektarlarla yaşıl ərazi məhv edilib. Mütəxəssislərin rəyinə görə gələcəkdə həmin ərazidə güçlü yer sürüşmələrinə də şərait yarada bilər. Bunun fəsadları isə daha ağır olar.
Məsələ ilə bağlı müfaviq qurumların mövqe bildirmək hüququ saxlanılır.

azadliq.info
Tarix: 9-02-2022, 16:44
Xəbəri paylaş





Xəbər lenti