Gülünc məbləğdə investisiya


İqtisadçı ekspert Qaşqay İsmayıl
Keçən il Azərbaycanda neft-qaz sektoruna qoyulan investisiyalar 10 faiz, qeyri-neft sektoruna qoyulan investisiyalar isə 13 faizə qədər azalıb
İnvestisiyalar daha çox istehsal sahəsinə yönəldilib, investisiyaların əsas hissəsini (72 faiz) təşkil edən məbləğ 474 milyon manat olmuşdur. Belə çıxır ki, ümumilikdə götürdükdə ölkə iqtisadyyatına qoyulan investisiyanın ümumi məbləği dollarla ifadə etdikdə 400 milyon dolları (658 milyon manat) keçmir. On milyonluq bir ölkə üçün bu gülünc bir rəqəmdir. Müqayisə üçün qeyd edək ki, 2016-2017-ci illərdə Türkiyə iqtisaidyyatına ildə 250 milyard dollar investisiya yatırılırdı. Yəni, Azırbaycan kimi bir ölkənin müəyyən qədər iqtisadi inkişafı üçün ildə heç olmasa 15-20 milyard dollarlıq sərmayələrə ehtiyac var
Keçən il iqtisadiyyata edilən 658 milyon manatlıq investisiya ölkədəki kəskin yoxsullaşmanı izah etmək üçün ən mühüm indikatorlardan biri sayıla bilər. Tədqiqatlar göstərir ki, investisiyalarla yoxsulluq arasında birbaşa asılılıq mövcuddur və ölkə iqtisadiyyatı faktiki olaraq investisiyalardan məhrum olubsa, əhalinin vəziyyəti kəskin şəkildə pisləşəcək
Hələlik əhalini ifrat yoxsulluqdan qoruyan yeganə amil büdcə vasitəsilə bölüşdürülən cüzi neft pullarıdır, lakin bu resurs da tezliklə öz əhəmiyyətini itirəcək. Hazırki iqtisadi siyasət davam edərsə, ölkə əhalisini səfalət həddində yaşamaq perspektivi gözləyir
Tarix: 10-02-2022, 21:07
Xəbəri paylaş





Xəbər lenti