ABŞ Rusiyanı hansı sanksiyalarla çökdürə bilər...


ABŞ Rusiyanı hansı sanksiyalarla çökdürə bilər...Co Bayden və Vladimir Putin

Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları“nın (“DNR” və “LXR”) “müstəqilliyini” tanımasından sonra ona qarşı sanksiyalar qoyulmağa başlanılıb. Belə ki, ABŞ “DXR” və “LXR”-i maliyyələşdirən və ticarət edənlərə, Böyük Britaniya Rusiyanın 5 bankına, Almaniya isə Rusiyanın “Şimal axını-2” qaz layihəsinə sanksiya qoyub.

Bu sanksiyalar gözlənilən qədər ağır hesab oluna bilərmi? Sanksiyaların Rusiya iqtisadiyyatına hansı təsirləri olacaq?
İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Rusiyanın belə bir addımından sonra sanksiyaların olması, rublun dəyərdən düşməsi, Ruisya birjalarında, səhm bazarlarında ciddi enmələrin olması gözlənilən idi və əgər bu olmasaydı, o zaman təəccüb doğurardı.

“Amma çox maraqlı bir hadisə baş verdi ki, qondarma qurumların tanınmasının ertəsi gün çox ciddi enişlər olsa da, üstündən 24 saat keçdikdən sonra növbəti seansda Rusiyanın səhm bazarında müəyyən dərəcədə geri dönmələr oldu, hətta səhm bazarında sabitliyin yaranmasının da şahidi olduq. Lakin daha sərt sanksiyaların olması ehtimalı var idi. Bu sanksiyaların sərtliyinin gözləntilərdən aşağı qaldığını da söyləmək olar. Hələlik 4 bank və bir neçə fiziki şəxsdən başqa ciddi sanksiyaların tətbiq olunduğunu da söyləmək mümkün deyil.
Dünən ABŞ prezidenti çıxışında “gələcəkdə sanksiyaların sərtləşməsi Rusiyanın davranışından asılı olacaq” kimi bir cümlə işlətdi. Ona görə də sanki bir gözləmə mövqeyi yaranıb. Hamı Rusiyanın ikinci, üçüncü addımlarını gözləyir. Bundan asılı olaraq, sanksiyaların sərtliyi arta bilər”.
İqtisadçının sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalara öyrəşib. Amma Rusiya bankalarının xarici pul köçürmələrinin tamamilə dayandırılması, neft-qaz sektoruna blokun qoyulması və elektrotexnika, mikroçiplərlə bağlı qərarlar olarsa, bu zaman Rusiya iqtisadiyyatını daha dərin böhran gözləyir və daha dərin dalğalanmalar ola bilər.
Tarix: 23-02-2022, 16:30
Xəbəri paylaş





Xəbər lenti