Rus pulu nokauta düşüb



Rus rublu

Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlaması rubla böyük zərbə endirib. Rus pulu nokauta düşüb. Fevralın 24-də Rusiyada ABŞ dollarının rəsmi məzənnəsi 87.99 həddinə qədər yüksəlib. Baxmayaraq ki, sonradan qismən sabiləşmə müşahidə edilib.

Xüsusilə Moskvada dollar qıtlığı müşahidə edilib. Bankların, valyutadəyişmə məntəqələrinin qarşısında böyük növbələr yaranıb. “Qara bazar”da dollar 100 rubldan ucuz təklif olunmur.
Bizimyol.info xəbər verir ki, günorta saatlarında rubl bir az özünə gəlməyə çalışıb. Rusiya Mərkəzi Bankının müdaxiləsi özünü göstərib. Amma intervensiya tədbirlərinin fayda verməyəcəyi göz qabağındadır. Müharibə davam edəcəksə, rubl güc itirəcək. Ekspertlər bunu xüsusi vurğulayır. Yaxın günlərdə dolların Rusiyadakı məzənnəsi 100 rubl həddinə çatsa, təəccüblənmək lazım deyil.
Rusiya fond birjasında da bu gün rekord qeydə alınıb. “Qazprom” və “Lukoyl”da -50, VTB və “Sberbank”da -40 faiz göstəriciləri rəsmiləşib. Fevralın 24-də səhər saatlarında valyutadəyişmə məntəqələri necə davranacağını bilmirdi. Bütün gözlər “Sberbank”a zillənmişdi. “Qara bazar” bu vəziyyətdə özü məzənnə müəyyənləşdirmək qərara aldı. Dollar 101, avro 115 avrodan satılmağa başlandı.
Günorta saatlarında Mərkəzi Bank müdaxilə qərarı verdi. Konkret məzənnə müəyyənləşdirildi. Axşama doğru rubl yenə geriləməyə başlayıb. İndi rəsmi lövhələrdə dollar 85.5 rubldan ucuz deyil.
Rusiya ilə Ukrayna arasında savaşın başlaması neft və qaz qiymətlərinə də ciddi göstərib. Hər iki yanacaq növü çox bahalaşıb. “Brent” uzun fasilədən sonra ilk dəfə 100 dollardan baha təklif olunmağa başlayıb. Təbii qazın min kubmetrinin qiyməti isə 1400 dollar civarındadır.
İndi çox qeyri-müəyyən vəziyyət yaranıb. Savaş təkcə döyüş meydanlarında getmir. İqtisadi müharibə də az əhəmiyyət daşımır. Rusiya Ukrayna ərazisində hərbi uğur qazana bilər. Amma iqtisadi müstəvidə böyük itkilər var. “Şimal axını-2” layihəsi dayandırılıb. Vladimir Putinin yaxın ətrafı böyük pullar itirib. Qərb müharibəyə fəal qoşulmasa da, sanki Kreml rəhbərliyini əldən salmaq istəyir. Kimin qalib gələcəyini demək çox çətindir.
Tarix: 25-02-2022, 16:53
Xəbəri paylaş





Xəbər lenti