Sanksiyalar Rusiyaya necə təsir edəcək? - ŞƏRH


“Rusiyanın Ukraynaya hərbi təcavüzü və işğal cəhdi, nəhayət ki, Qərb dövlətlərinin təsirli, çox güclü iqtisadi sanksiyalar elan etməyə sövq etdi. Halbuki, bu sanksiyalar 2014-cü ildə, Rusiyanın Krımı işğal etdiyi zaman olsaydı, indi heç qondarma “DXR və LXR” də bugünkü müharibə də olmazdı. Sanksiyalar genişdir, amma iki əsas addım üzərində dayanmaq istərdim. Rusiyanın  SWIFT sistemdən ayrılması və Rusiyanın Mərkəzi bankının ehtiyatlarına qoyulması planlanan məhdudiyyətlər, hər iki məsələdə detallar çox vacibdir, görünən odur ki, bu məsələdə də bilgisizlik var, hətta eforiya da hiss olunur. SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sitem nədir, necə işləyir, nədən bank sistemi üçün bu vacibdir? Dünyanın 200 ölkəsi və 11 min bankı bu sistemə qoşulub, istənilən transaksiyaların, köçürmələrin anında tez və təhlükəsiz həyata keçməsi üçün SWIFT sistem çox önəmlidir. Yəni, məsələn, siz hətta ölkə daxilində, eyni küçədə yerləşən iki bank arasında köçürmə edirsinizsə, bunun unikal kodu və siqnalı saniyələr ərzində SWIFT vasitəsi ilə təsdiqlənir və transaksiya həyata keçirilir. SWIFT Belçika şirkəti olsa da, onun əməliyyat mərkəzləri Belçikada, İsveçrədə və ABŞ-da yerləşir. Hər bir bankın öz unikal kodu var, o kod “açar” rolunu oynayır, ona görə də transaksiyalar tez və təhlükəsiz həyata keçirilir. SWIFT vasitəsi ilə hər gün dünyada 42 mln. transaksiya həyata keçirilir, təqribən 4 trilyon dollarlıq əməliyyat olur. Əməliyyat sayının az olması (bəli, günə 42 mln. əməliyyat çox deyil) onunla izah olunur ki, gün ərzində eyni unikal kod vasitəsi ilə birdəfəyə yüzlərlə əməliyyat həyata keçirmək mümkündür. SWIFT sitem vasitəsi ilə əməliyyat sayına görə Rusiya ABŞ-dan sonra dünyada ikinci yerdədir, köçürülən vəsaitin həcminə görə isə dünyada 12-ci yeri tutur. Çinin öz “SWIFT”i olduğu üçün daxili əməliyyatların tamamına yaxını alternativ sistem vasitəsi ilə həyata keçirilir. 2014-cü ildə Rusiya daxili pulköçürmə sistemini yaratmağa başladı, bank kartı olan “MİR” yaradıldı, daxildə işləyir, amma burada əsas məqam budur ki, “MİR”lə ödənişlər qəbul edən bankların hamısı da beynəlxalq sistemin bir parçasıdır. Yəni, bankların tamamının SWIFT-dən qoparılması “MİR” vasitəsi ilə əməliyyatları da ləngidəcək. Bəzən əməliyyatlat günlər ala bilər ki, bu da bank kartı anlayışını mənasız edir, deməli, Rusiya nəğdləşməyə geri dönəcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
N.Cəfərli əlavə edib: “Rusiyanın bütün banklarımı SWIFT-dən kənarda qalacaq? – Yox, hələlik əsas və ən böyük 5 bankına qadağalar qoyulur, amma gələcəkdə bütün bank sisteminə tədbiq edilə bilər. Qərb dövlətləri aldıqları neft-qaz üçün pul ödəməyə hələ “nəfəslik” saxladılar, 2) Sadə Rusiya vətəndaşı nə itirir? – Hər il 20-25 mln. rusiyalı xaricə səfərlər edirdi, indi onların bank kartları xaricdə işləməyəcək, daxildəki əməliyyatlar isə çox ləng həyata keçiriləcək, internet-mağazalardan alış-veriş çətinləşəcək, nəğdləşmələr də çətinləşəcək, 3) Biznes nə itirir? – İri oliqarxiq biznesi bir kənara qoysaq, kişik və orta sahibkarlar Rusiyada hər gün xarici tərəfdaşları ilə yüzminlərlə transaksiya həyata keçirir, mal alarkən pulunu ödəyir, satarkən isə pulunu alırdı, indi bu əməliyyatlar çox çətinləşəcək, 3) Dünyada belə bir president olubmu? – Bəli, İran, amma bəzi yanlış informasiyalar gördüm, İran 1979-dan yox, 2012-ci ildə SWIFT-dən çıxarılmışdı, 2016-da geri qaytardılar, 2018-də yenidən çıxardılar və bu İran iqtisadiyyatına çox böyük problemlər gətirsə də, gözlənilən dağıdıcı effekt vermədi, çünki elə Rusiya, Çin bu məsələdə İrana yardım etdilər-edirlər. Gələk Rusiya Mərkəzi Bankı ilə bağlı qadağa ehtimallarına və onun təsirlərinə: 18 ferral 2022-ci ilə olan məlumata görə Rusiyanın Mərkəzi Bank tərəfindən idarə olunan qızıl-valyuta ehtiyatları 643 mlrd. 200 mln. dollardır – bu ehtiyatların 152 mlrd. dolları xaricı banklarda depozitdədir (ən asan bunların blok olunmasıdır), 311 mlrd. dolları xarici qiymətli kağızlardadır (bunların da blok olunması mümkündür), 30 mlrd. dollar BVF-nun xüsusi “SDR” emissiyasındadır (bu vəsait də blok oluna bilər), 132 mlrd. dollarlıq fiziki qızıl isə Rusiya ərazisində saxlanılır (bu vəsaitə heç nə etmək mümkün deyil, ən pis gündə Rusiya nəsə almaq istəsə fiziki qızılla ala biləcək bir müddət), yerdə qalan vəsait isə müxtəlif valyutalarda MB-ın ölkə ərazisində olan hesablarındadır. Beləliklə, dünya hələlik SWIFT məsələsində Rusiya üçün “nəfəslik” saxladı, amma Mərkəzi Bankın aktivləri ilə bağlı doğrudan da sanksiyalar olsa, bu Rusiya iqtisadiyyatının “boğulmasına” səbəb ola bilər. Sabah birjalar açılanda, çox güman, rubl və Rusiya səhm bazarı çökəcək, amma, yəqin ki, ya birjanı səhər açmaya bilərlər, ya da, qısa müddətdə çox kəskin düşüş olsa həmin an əməliyyatlara ara verib bağlaya bilərlər, sadəcə, nə zamana qədər? Sonra yenə açmağa məcbur olacaqlar, o zaman yenidən rubl da, səhmlər də “sərbəst düşüşdə” olacaq və bu Rusiya müharibəni dayandırmaq üçün masaya oturana qədər davam edəcək, amma hətta atəş dayansa belə, sanksiyar qalana qədər iqtisadiyyatın “boğulması” davam edəcək. Yəni, sanksiyalar daha da sərtləşərək davam etdirilib, heç olmasa cəmi 1-2 il tam həcmdə qüvvədə qalsa, bu Rusiya üçün, ən az 30 il geriyə düşmək, əhalinin kəskin kasıblaması demək olacaq. Amma soyuq başla, emosiyasız baxsaq, Rusiya çıxış yollarını da arayacaq, çox güman, əsasən Qazaxstan Bank sistemi vasitəsi ilə transaksiyaların dolayı bərpasına nail olmağa çalışacaq (yanvarda Qazaxstanı diz üstə qoymağının səbəblərindən biri də buna hazırlıq idi) və ya Çinə daha çox möhtac olacaq, Çindən yardım gözləyəcək. Əslində bütün bu hadisələrdən ən çox udan hələlik elə Çindir – Rusiyanın ona möhtac olması artdıqca o boyda ölkəni öz resurs bazasına, “arxa baxçasına” çevirməkdə davam edəcək, Rusiyadan ucuz energi və sanksiyalara düşmüş məhsullar alacaq, Rusiyanın bank sistemini özündən asılı vəziyyətə salacaq. Rusiyanın SWIFT-dən tam ayrılmasına qarşı çıxan, əsasən, Qərbin xüsusi xidmət orqanları idi, onların işi çətinləşəcək, çünki, kofe içə-içə monitor arxasında oturaraq SWIFT vasitəsi ilə Rusiyada, Rusiyadan xaricə gedən-gələn istənilən transaksiyalara nəzarət edə bilirdilər, indi bu mexanizm əldən çıxa bilər...”
Tarix: 27-02-2022, 15:18
Xəbəri paylaş





Xəbər lenti