“Azsığorta”nın xalis mənfəəti 2 dəfədən çox - AZALIB




“Azsığorta” ASC-nin 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 2,4 dəfə azalaraq 758 min manat təşkil edib. Şirkət 2020-ci ili 1 milyon 857 min manat manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin geriləməsi gəlirlərin (əsasən yığımların) azalması və sığorta ödənişlərinin artması ilə əlaqədardır.

DİA.AZ xəbər verir ki, 2020-ci ildə 21 milyon 980 min manat təşkil etmiş cəmi gəlirlər 2021-ci ildə 16 milyon 762 min manata düşüb (23,7% azalıb), o cümlədən hesablanmış sığorta haqları 15 milyon 622 min manatdan 10 milyon 899 min manata geriləyib (30,2% azalıb).

“Azsığorta” ASC-nin 2021-ci ildə sığorta ödənişləri 2020-ci illə müqayisədə 23,8% artaraq 7 milyon 368 min manata yüksəlib. 2020-ci ildə Şirkətin sığorta ödənişləri 5 milyon 951 min manat təşkil etmişdi.
//Marja//



Tarix: 12-03-2022, 12:39
Xəbəri paylaş





Xəbər lenti