“Son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib” – Dünyada qiymətlər kəskin bahalaşıb



Dünya Bankı qlobal əmtəə bazarlarında fevralın sonuna olan qiymətləri açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, hesabatda enerji daşıyıclarının və ərzaq məhsullarının kəskin bahalaşdığı əks olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə, kömür 2.2 dəfə, neft 2.2 dəfə, təbii qaz Avropa bazarında 4.5 dəfə, ABŞ-da 40%, soya yağı 37%, qarğıdalı 21%, buğda 38%, mal əti 35%, toyuq əti 69%, pambıq 53%, alüminum 55%, mis 18% bahalaşıb.

İqtisadçı Rövşən Ağayev bildirib ki, son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib. Onun sözlərinə görə, Ukraynaya hərbi müdaxilənin uzanacağı tədqirdə bazarlara kəskin qiymət volatillyi davam edəcək: “Çox kəskin qlobal inflyasiya dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Aparıcı iqtisadiyyatlarda makroiqtisadi sabitliyin pozulması, inkişaf etməkdə olan ölkələrdə onsuz da geniş miqyasda olan yoxsulluğun daha da artması təkcə qlobal iqtisadi deyil, həmçinin siyasi sabitlik üçün saatlı bombaya çevrilir”.
Tarix: 14-03-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti