Dollar və avronun əvəzinə Çin yuanı - Rusiya banklarından TƏKLİF


Dollar və avronun əvəzinə Rusiya bankları Çin yuanı ilə hesab açmağı təklif edib.
KONKRET.az xəbər verir ki, xüsusən də, maliyyə institutları öz müştərilərinə Ukraynada keçirilən xüsusi əməliyyata görə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən ölkələrin valyutalarında depozitlər açmağa icazə verib.
Kredit təşkilatlarının saytlarında yayılan məlumatlara görə, ruslar indi Çin yuanı və bəzi postsovet ölkələrinin valyutaları ilə əmanət açmaq imkanı əldə ediblər.
Xüsusilə, Alfa-Bank və VTB Bankı mobil proqram vasitəsilə yuanla hesab açmağı təklif edib.
Tarix: 14-03-2022, 15:45
Xəbəri paylaş





Xəbər lenti