Vahid Əhmədov: “Manatın hansı müddətədək sabit qalacağı ilə bağlı proqnoz vermək çətindir”


“ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini artıraraq illik 0,25-0,5%-ə qaldırması Azərbaycan üçün təhlükə yaratmır. Çünki Azərbaycanın maliyyə sistemində ciddi problem yoxdur, neftin qiyməti kifayət qədər yüksəkdir. Ona görə də milli valyuta ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Ümümiyyətlə isə, bu, dünya bazarında dolların bahalaşmasına səbəb ola bilər”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
 
O bildirib ki, manatın hansı müddətədək sabit qalacağı ilə bağlı proqnoz vermək çətindir: “Çünki hazırda bir çox məsələlər Rusiya-Ukrayna müharibəsinin gedişindən asılıdır. Yəni, müharibənin nə vaxt bitəcəyi, sanksiyaların davamlılığı və s. təsiredici amillərdir. Ona görə də proqnoz vermək olmur ki, bir aydan və bir ildən sonra vəziyyət necə dəyişəcək. Misal üçün, biz Rusiya-Ukrayna müharibəsindən əvvəl düşünürdük ki, bir il ərzində manatın, ümumiyyətlə, heç bir problemi olmayacaq. Amma indi vəziyyət elə dəyişib ki, dəqiq proqnozlaşdırmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, Rusiyanın və Ukraynanın milli valyuta ilə bağlı ciddi problemləri bölgələrə müəyyən qədər təsir göstərə bilər”.
Tarix: 17-03-2022, 16:18
Xəbəri paylaş





Xəbər lenti